Rəsul Quliyev: "Müxalifət biabırçı uğursuzluğa alışıb"
"İllərdir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara, böhtanlara əl atır. Müxalifət partiyaları məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər. Bu seçkidə də bu çirkin əməllərindən əl çəkmirlər. Çünki biabırçı uğursuzluğa adət ediblər". Bu fikirləri eks-spikeri Rəsul Quliyev parlament seçkilərində müxalifətin biabırçı uğursuzluğunun qabaqcadan bəlli olduğunu bildirib. R.Quliyev bildirib ki, bugünkü müxalifətin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir: "O vaxt 30-35 yaşları olanlar, artıq 50-60 yaşı haqlayıb, bəziləri isə 60-70 yaş həddindədirlər. Həmin o yaşlarından "siyasətin mahiyyəti məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır" ideologiyasına söykənib eyni siyasətlərini 20 ildən çoxdur ki, davam etdirirlər, onların müxalifətçilik imkanları sıfıra bərabərdir. Mümkün deyil ki, "20 il müddətində daim uduzan bir təşkilat, o cümlədən AXCP və Müsavat və digərləri bu illər ərzində heç bir uğur əldə edə bilməyibsə, o partiyaların liderləri istefa verməlidirlər" deyəndə, partiyanın bütövlüklə istefa verməsi kimi qəbul edirlər və "filankəs müxalifətin əleyhinədir, istəyir Azərbaycanda müxalifət olmasın"-deyə hay-həşir qoparmaları da onların uğursuzluqda çıxış yolu tapa bilməmələrindəndir. Halbuki, uğursuz liderin istefa verməsi inkişafın əsas şərtlərindən biridir. Ona görə də, keçirdiyininz mitinqlərdə xalq "sevgisindən" çox danışırsınız. Xalqınızı sevirsinizsə, istefa verin, Allah eşqinə! Çünki seçkidən sonra müxalifət düşərgəsindəki durum, həqiqətən də sizin arxivə atıldığınızı sübut edir. Belə olan halda seçkilərdə qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri doğurdan da həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər. Yenə də deyirmə, istefa verin, müxalifət.
Ü.ƏSGƏROV