PDF Oxu

Müxalifət

  • 1 831

Əli Kərimlinin AXCP-si sıradan çıxır

image

Ədliyyə Nazirliyi AXCP ilə əlaqədar qərar verdi

Son günlər AXCP sədri Əli Kərimlinin əhvalı yaman təlx olub. Belə ki, Ə.Kərimli "Milli Şura"nın parlament seçkilərində iştirak etməyəcəyi ilə də AXCP-dən istefalar başlandı. Beləliklə də, dağıdıcı düşərgədə gedən proseslər Ə.Kərimlinin siyasi oyunlarının "öz başında çatlayacağını" göstərdi. Belə ki, vaxtilə AXCP-dən qovulan və istefa verməyə məcbur edilən şəxslər birləşərək partiyanı Ə.Kərimlinin despotizmindən xilas etməyə çalışırlar. Onlar açıqlamalarında bildirirlər ki, məqsədləri təşkilatı Ə.Kərimlinin və onun azsaylı əlaltılarının əlindən xilas etməkdir. Narazı cəbhəçilərin önündə gedənlərdən biri sabiq sədr müavini Razi Nurullayev bildirir ki, əsas məqsədləri möhürü və sədrliyi Ə.Kərimlidən almaqdır: "Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir".

AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə (EQTK) üz tutması sədr Əli Kərimlinin işini çətinə salıb

Bu məqamda xatırlatmaq yerinə düşər ki, avqust ayında EQTK-nin yaradılması Ə.Kərimli və ətrafındakı dəstə üçün böyük "başağrısı"na çevrildi. Öz şəxsi mülkiyyəti kimi istifadə etdiyi AXCP-də ona qarşı çıxan, avtoritar idarəetməni qəbul etməyən üzvlərin EQTK sədri Razi Nurullayevin yanında yer alması, eyni zamanda, Ə.Kərimli və ətrafındakıların bütün ədəb və hüquq sərhədini aşmasına yol açdı. "Qurultay"da baş verən saxtakarlıqların ardınca isə Ə.Kərimlinin iradəsinə tabe olmaq istəməyən üzvlərə qarşı təhqir və fiziki zor tətbiqi davam etdirildi. Eyni zamanda, "qurultay"dakı saxtakarlıqlar AXCP-də Ə.Kərimliyə qarşı da yeni "cəbhələr" açdı. Nəticədə, Ə.Kərimlinin özünü pərçimlədiyi AXCP sədri vəzifəsindən qopmaq istəməməsi, bütün saxtakarlıqlara və qeyri-qanuni addımlara getməsi məhz onun öz maddi təminatını qazanmağa hesablanmış addımlardır. Artıq yalan və pafosları ilə kimsəni aldada bilməyəcəyini dəqiqləşdirən Ə.Kərimli bu yolla kürsüsünü qorumağa çalışsa da, buna nail olmadı. Çünki "narazı" cəbhəçilər də baş verən saxtakarlıqlar və qanunsuzluqlarla bağlı Ədliyyə Nazirliyinə müraciət ediblər. Müraciətdə Ə.Kərimlinin nizamnaməni pozduğu qeyd edilir. Belə görünür ki, Ə.Kərimlinin saxta qurultay şousu onun yenidən ifşa edilməsinə xidmət göstərdi...

Beləliklə, məsələnin mahiyyəti bəlli olduğu qədər hadisələrin heç də Əli Kərimlinin xeyrinə cərəyan etmədiyini də görmək mümkündür.

Səbuhi Aslanbəyli: "Yaxşı olar ki, Əli Kərimli məhkəməyə müraciət etsin, çünki başqa çıxış yolu yoxdur"

Razi Nurullayevin müavini Səbuhi Aslanbəyli Ədliyyə Nazirliyinin AXCP ilə bağlı qərar qəbul etdiyini bildirib: "Əli Kərimli gecə-gündüz "facebook" qarşısında oturub olmayan partiyasını idarə etməkdənsə, gedib bir işlə məşğul olsun. Görünür, oğurluğun, saxtakarlığın başqa yolunu axtarır".

Səbuhi Aslanbəyli onu da vurğulayıb ki, hazırda alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyində sənədlərinə baxılır.

S.Aslanbəylinin sözlərinə görə, hələ də özünü AXCP sədri hiss edən Əli Kərimli, görünür xilas yolunu klaviatura qəhrəmanlığında görür: "Bu adam yalan danışmaqdan, satqınlıqdan, oğurluqdan bezmir, gecə-gündüz "facebook" qarşısında oturub, yeni yol axtarır və olmayan partiyasını idarə etmək istəyir. Ancaq bu yalanla heç bir şeyə nail olmayacaq. Nə qədər yalan danışdığının fərqinə varmır. O öz səhifəsində iddia edib ki, Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb və guya mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etməyi təklif edib. Əslində isə, reallıq tamamilə əksinədir. Yəni Əli Kərimli hər zamankı kimi ictimai rəyə yalan məlumat verir. Əgər bundan sonra AXCP adından çıxış etsə, cəzanalacaq. Çünki kimsə hansısa təşkilat adından çıxış edirsə, həmin təşkilatın dövlət tərəfindən rəsmən tanınması lazımdır. Əli Kərimli isə sentyabr ayından, yəni qurultay keçirdikdən sonra AXCP sədri deyil. Bu baxımdan da, hesab edirik ki, o, bundan sonra sussa yaxşıdır. Qoy onlar da bilsinlər ki, Əli Kərimliyə yox, xalqa xidmət etmək lazımdır. Ona görə də Əli Kərimlinin əsarətindən çıxsalar, yaxşı olar. Ancaq qərar onlarındır".

Ü.ƏSGƏROV

Digər xəbərlər