PDF Oxu

Müxalifət

  • 2 958

Elçin Mirzəbəyli: “Bunu edənlər öz cəzasını almalıdır” AÇIQLAMA

image

"Kütləvi informasiya vasitələrinin informasiya əldə etməsi barədə qanundakı boşluqlar aradan qaldırılıb və kifayət qədər mükəmməldir". Bu barədə SİA-ya dağıdıcı müxalifət dairələrinin təsiri altında olan kütləvi informasiya vasitələrinin qanunsuz olaraq bəzi məlumatları işıqlandırması ilə bağlı açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Elçin Mirzəbəyli bildirib ki, kütləvi informasiya vasitələri tərəfindən istintaqı başa çatmayan işlə bağlı məlumatların işıqlandırılması ölkə qanunvericiliyinə ziddir: "Ölkədə dağıdıcı müxalifətin nəzarəti altında olan informasiya vasitələrinin tez-tez bu cür qanunsuzluqlara yol verdiyinin şahidi oluruq. Bu, dövlətimizin KİV-lə bağlı qanunvericiliyinə açıq hörmətsizlikdir. Təbii ki, bununla bağlı ədalətli qərarı məhkəmələr verir".Politoloqun sözlərinə görə, dağıdıcı müxalifətin təsirindəki bəzi qəzetlər, saytlar istintaqı davam edən cinayət işləri ilə bağlı məlumatlar yaymaqla istintaqın gedişatına təsir göstərməyə çalışırlar: "Təkmilləşdirilən hüquqi qanunvericiliklə belə pozuntular birdəfəlik aradan qaldırılacaq".

sia.az

Digər xəbərlər