Səbuhi Abbasov: "Media qurumları bilməlidir ki, ölkənin milli maraqları hər şeydən öndədir"
"Dünyada gedən proseslər bir daha göstərdi ki, hər bir güclü iqtidarın sağlam müxalifətə ehtiyacı var". Bu fikirləri Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, media üzrə ekspert Səbuhi Abbasov deyib.
QHT rəhbəri bildirib ki, təəssüflər olsun ki, bu və bu kimi təşkilatlar özfəaliyyətdən kənara çıxmaq iqtidarında deyillər: "AXCP, YAXCP, MAXCP və ya nə olursa – olsun, başında Əli Kərimli kimi xarici kəşfiyyata işləyən bürokratik rəhbər durursa orda hansısa demokratik proseslərdən danışmaq əbəsdir. Bu təşkilatlar, adətən ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər və yaxud da ölkənin ictimai-siyası həyatında vacib olan proseslərdə aktivləşirlər. Bu da bir daha onu sübüt edir ki, bu təşkilatlara bəlli bir səbəbə görə xaricdən maliyyə ayrılır".
Ölkə mediasında hansı AXCP-nin tanınması məsələsi ilə bağlı ekspert qeyd edib ki, Azərbaycanda mətbuat azaddır və bu mənada seçim də bilavasitə redaksiyanın öz üzərinə düşür: "Burda abunə-əməkdaşlıq qarşılığında partiyanın məlumatlarının dərc edilməsi məsələsi də aktualdır. Lakin son proseslər onu göstərir ki, ölkədə fəaliyyət göstərən əsas ciddi media qurumları reklam qarşılığında olsa belə özünü əsl AXCP sədri adlandıran Əli Kərimli cəbhəsinin məlumatlarını dərc etməkdə maraqlı deyillər. Bu mənada onlar ancaq xaricdən maliyyələşən və ölkəmizə qarşı aparılan qara piar kampaniyasının əsas iştirakçıları ilə əməkdaşlıq etmək məcburiyyətindədirlər. Bura Meydan TV, "Azadlıq Radiosu," "Azadlıq" qəzeti aiddir. Lakin Razi Nurullayevin məsələyə peşəkarcasına yanaşması mediaya da təsir edib. Belə ki, o, bir çox media qurumları ilə artıq əməkdaşlıq etmək haqqında razılığa gəliblər. Bu, da tam normal bir şeydir. Sadəcə, media qurumları bilməlidirlər ki, ölkənin milli-maraqlar hər şeydən öndədir və bu faktoru fəaliyyətlərinin əsas hissəsinə çevirməlidirlər".
Tofiq Rəfailoğlu