PDF Oxu

Müxalifət

  • 1 957

Siyasiləşmiş QHT-lər ifşa edilir

image

Demokratik cəmiyyətin inkişafında və vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin rolu kifayət qədər böyükdür. Demək olar ki, bu gün bütün sahələrdə QHT-lərin fəallığı müşahidə olunur. Müxtəlif layihələrlə çıxış edən vətəndaş cəmiyyəti institutları bununla demokratik cəmiyyətin inkişafına töhfələr verməkdədir. Qeyd etmək lazımdır ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlıqlarının pozulduğunu iddia edirlər. Azərbaycan QHT-ləri anti-Azərbaycan mövqeyi sərgiləyən beynəlxalq təşkilatlara lazımi cavablar verə bilirlərmi? Söhbət etdiyimiz QHT təmsilçiləri qərəzli fəaliyyət yolu tutan beynəlxalq təşkilatları konkret faktlarla ifşa etdiklərini bildirdilər.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı nəzərə çarpacaq dərəcədə böyükdür. Azərbaycan Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımı hesabına Azərbaycan QHT-ləri müxtəlif layihələr həyata keçirirlər. Amma dövlətin yaratdığı demokratik mühitdən sui-istifadə hallarına yol verən QHT-lər olub. Müxtəlif siyasi partiyaların təsiri altında olan həmin siyasiləşmiş QHT-lər ölkəmizin imicinə ləkə ola biləcək bəyanatlar səsləndirir, hesabatlar yayırlar. Yəni QHT-lər öz fəaliyyat qaydalarından kənara çıxmışdılar. Siyasiləşmiş QHT-lər tədricən ifşa olundular. Artıq demək olar ki, onların sayı yox dərəcəsindədir.

Tətbiqi-Tədqiqatlar Fondunun prezidenti İbrahim Əliyev:

- Azərbaycan müstəqillik əldə edəndən sonra bəzi xarici qüvvələrin ikili standartları ölkəmizə qarşı bütün sahələrdə özünü göstərir. Bütün bunlara baxmayaraq, ölkəmiz hər zaman olduğu kimi, yenə də öz uğurlu siyasətini davam etdirməkdədir. Birmənalı fakt ondan ibarətdir ki, hər zaman beynəlxalq qurumların ayrı-ayrı ölkələrlə bağlı öz maraqları var. Bu baxımdan da, həmin beynəlxalq qurumların maraqlı olduğu ölkələrlə bağlı öz şəxsi mənafelərini həyata keçirmək üçün məhz ölkəmizdə olan bəzi qüvvələrdən istifadə etməyə çalışırlar. Təbii ki, xarici qüvvələrin Azərbaycan haqqında səsləndirdikləri fikirlərin heç biri reallığı özündə əks etdirmir. Bu baxımdan, xarici qüvvələrin belə anormal hərəkətlərinə əl atmasına bir o qədər də ciddi qəbul edilməməldir. Çünki Azərbaycanın öz yolu var. Bu yol, hüquqi-demokratik dövlət quruculuğu, insanların rahat, firavan yaşayışıdır.

GÜLYANƏ

Digər xəbərlər