PDF Oxu

Müxalifət

  • 2 272

Müxalifətin birlik məsələsi reallaşmayacaq

image

Təhmasib Novruzov: "Əksinə daxili parçalanma bir qədər də genişlənəcək"

Müxalifətin dağılması fonunda AXP-nin keçmiş sədri Pənah Hüseyn müxalifətin birlik modelinin yaradılmasının vacibliyini bildirib. Təbii ki, bu ideyanın reallığa çevrilməsi mümkünsüz görünür. Çünki dəfələrlə müxalifətin bir neçə partiyadan ibarət bloku yaradılıb. Amma iddialı partiaya sədrlərinin əlçatma böyük arzuları səbəbindən həmin qurumlar dağılaraq tarixin arxivinə atılıb. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında müxalifətin birlik modelinin yaradılmasının qeyr-mümkün vasitə olduğunu bildirdi. Təşkilat sədri bunun səbəbini liderlərin şəxsi ambisiyalarının partiya və ümummüxalifət maraqlarından üstün tutmaları ilə əlaqələndirdi: "Təəssüflər olsun ki, bu gün özlərini müxalifət adlandıran və meydanlara çıxan müxalifət təmsilçilərinin şəxsi ambisiyaları hər zaman ümummilli və dövlət maraqlardan üstün olub. Bu baxımdan, vahid bir məqsəd ətrafında müxalifətin qüvvələrinin birləşməsi xəyal olaraq qalacaqdır. Hazırkı məqamda, müxalifət tərəfindən ortaya atılan birlik məsələsi reallaşmayacaq, əksinə daxili parçalanma bir qədər də genişlənəcək".

T.Novruzov onu da bildirdi ki, müxalifətin hər hansı məsələ ətrafında bir araya gələ bilməməsinin başlıca səbəbi birinin digərini qəbul etməməsi və gözü götürməməsi ilə əlaqəlidir: "Bu şəxslər üçün təmsil olunduqları partiyanın maraqları yox, özlərinin maraqları önəmlidir. Belə olan halda da onların axırı bu cür acınacaqlı olur.

T.Novruzovun sözlərinə görə, müxalifətin yaratdığı blok və qurumların uzunömürlü ola bilməməsinin əsas səbəbi müxalifət daxilində partiya liderlərinin biri-birinə qarşı səmimi münasibətlərin olmaması və şəxsi ambisiyalarını önə cəkmələridir: "Müxalifət partiyaları hədsiz zəif olduqları halda, böyük ambisiyalarla çıxış edirlər. Reallığı özündə əks etdirməyən xəyalara dalırlar. Təbii ki, müxalifətçilər hər hansı bir siyasi gücə sahib olmadıqlarından da, məğlubiyyətə dücar olurlar. Ona görə də, bu təşkilatların dağılması qaçılmazdır".

"Necə düşünürsünüz, hansısa xarici qüvvələr müxalifətə birləşmək tapşırığı versələr, bu tapşırığın yerinə yetirilməsi nə dərəcədə real ola bilər" sualını cavablandıran T.Novruzov bildirdi ki, dəfərlərlə xarici qüvvələr tərəfindən bu şəxslərə birləşməklə bağlı tapşırıqlar gəlib: "Tapşırığın əsasında da birləşməyə can atıblar. Amma belə olan halda, bu sual ortaya çıxır: xaricidən gələn sifarişçi qüvvə bu maliyyə vəsaitini kimə ayıracaq? Maliyyə vəsaitinin kimə ayrılması üstündə də müxalifət təmsilçiləri arasında dava-dalaş düşür. Bu dava-dalaş səbəbindən onlar birləşməmiş parçalanırlar".

GÜLYANƏ

Digər xəbərlər