"Sabah Fransada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün reallaşması gözlənilir. İki ölkə prezidentinin son görüşü 24 oktyabr 2014-cü ildə baş tutmuşdu. Bu müddətdən bir ildən artıq zaman keçdiyini nəzərə alsaq, 1 dekabrda baş tutacaq ikitərəfli görüşün vacibliyini vurğulamaq istəyirəm. Bu zaman çərçivəsində tərəflər arasında yeni mövqelərin formalaşa biləcəyi ehtimalı baxımından bu görüş çox vacibdir". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, əslində bu görüş Azərbaycanda parlament seçkiləri öncəsi reallaşa bilərdi: "Görüş iki ay öncə BMT-nin Baş Assambleyasının iclası zamanı reallaşa bilərdi. Lakin o zaman Azərbaycan Prezidenti İlham Əliyev obyektiv səbəblər üzündən bu tədbirdə iştirak etmədiyindən bu görüş alınmadı. Sabah Azərbaycan tərəfi bu görüşə bir növ üstün tərəf kimi qatılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında işğal olunmuş ətraf 7 rayonun qaytarılmasını ilkin şərt olaraq irəli sürən AŞ PA qəbul etdiyi qətnamə ilə Azərbaycana bu görüşdə xeyli dividentlər verə bilər".V.Əfəndiyev əlavə edib ki, hərçənd Rusiya xarici işlər naziri Sergey Lavrov bu qətnaməyə qarşı dərhal çıxış etdi və öz kəskin etirazını bildirdi: "Görünür Rusiya tərəfi hələ də münaqişənin həll olunmasının tərəfdarı deyil. Bu görüşüdə hər hansı bir qərarın və ya razılığın əldə olunması ehtimalı Lavrovun bu bəyanatından sonra prerespektivsiz görünür. Lakin görünən odur ki, Azərbaycan tərəfi diplomatiya nöqteyi-nəzərindən Ermənistanı və Rusiyanı sıxışdırmağa nail olub. Bu gün Rusiya tərəfinin yarıtmaz xarici siyasəti nəticəsində bu ölkə dünyadan 100 faiz təcrid olunmaq təhlükəsi ilə üz-üzədir. Rusiyanın müttəfiqlərinin siyahısına baxsaq bu siyahıda həm kiçik, həm də Rusiyanın özündən asılı olan və ya qat-qat zəif olan ölkələri görərik".
sia.az