PDF Oxu

Müxalifət

  • 3 188

Milli Şura terroru dəstəkləyir

image

"Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə və ermənilərə bəraət qazandırır"

"Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Uzun illərdir ki, Azərbaycanda görülən işlərə, həyata keçirilən irimiqyaslı layihələrə kölgə salmağa çalışan radikal müxalifət 2013-cü ildə "Milli Şura" adı altında birləşərək dövlətimizin nüfuzuna xələl gətirməyə çalışır. "Milli Şura" ölkəmizdə xaos, anarxiya yaratmaq üçün xalqımızın əzəli və əbədi düşmənləri ilə də əməkdaşlığa gedərək ölkəmizdə pozuculuq fəaliyyəti ilə məşğuldur. Bu qurum açıq şəkildə terroru dəstəkləyir. Əgər belə olmasa idi, məlum Nardaran hadisələrindən sonra insanları qanunlara tabe olmağa çağırardı. Biz bunun əksini gördük. "Milli Şura" Nardaran hadisələri ilə bağlı verdiyi bəyanatlarında "onlar hüquq və azadlıqları müdafiə edir" adı altında insanları təxribatçılığa səslədi, polislə vətəndaşlar arasında növbəti qarşıdurmaların baş verməsinin zəruri olduğu haqqında çağırış etdi. "Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara bəraət qazandırmağa hazırdır.

Təsadüfi deyil ki, bu qurum və onun başında duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə etmiş, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışmışdır. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "Milli Şura" bundan öz antimilli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə etmiş və yararlanmağa çalışmışdır. Bununla "Milli Şura" Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə vermiş və terrorçularla həmrəy olduğunu açıq göstərmişdir. "Milli Şura" nəinki ən ciddi qınaq obyektinə çevrilməlidir, onun terrora dəsət verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar.

Samir

Digər xəbərlər