PDF Oxu

Müxalifət

  • 4 213

AXCP: “Tale Bağırzadə Milli Şuranın üzvüdür” AÇIQLAMA

image

"Nardaranda baş verən hadisələr birbaşa müvafiq dövlət orqanlarının səlahiyyətində olan məsələdir. Belə bir prosesin getdiyi zaman Milli Şura rəhbərliyinin çıxışlar etməsi, Tale Bağırzadə kimi insanları dəstəkləməsi bu hadisələrdə onların əlinin olduğuna şübhə yaratmır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Səbuhi Aslanbəyli bildirib.Səbuhi Aslanbəyli onu da açıqlayıb ki,Tale Bağırzadə Milli Şuranın üzvüdür: "Ona görə də birbaşa Əli Kərimli və Cəmil Həsənli onun müdafiəsinə başlayıblar. Onlar anlamalıdırlar ki, dünyada baş verən hadisələr fonunda bu cür məsələlərə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Əli Kərimlinin və Cəmil Həsənlinin Nardaran hadisələrində qızışdırıcı mövqe tutmaları onların səriştəsiz siyasətlərinin davamıdır. İstər iqtidar, istərsə də müxalifət bu cür məsələlərdə dövlətçilik maraqlarından çıxış etməlidirlər. Dövlətçiliyi şübhə altına alamq ən böyük cinayətdir".

sia.az

Digər xəbərlər