PDF Oxu

Müxalifət

  • 2 434

Elçin Mirzəbəyli: “Milli Şura siyasi terrorizmlə məşğuldur” AÇIQLAMA

image

"Taleh Bağırzadə din pərdəsi adı altında xarici dairələrin sifarişləri əsasında hərəkət edib"

"Milli Şuranın və Taleh Bağırzadənin fəaliyyətləri arasında elə bir ciddi fərq yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Politoloq bildirib ki, Milli Şura siyasi terrorizmlə məşğuldur: "Taleh Bağırzadə din pərdəsi altında xarici dairələrin sifarişlərini yerinə yetirib. Onun rəhbərlik etdiyi dini-ekstremist terrorçu qrup Azərbaycanın mövcud konstitutsion quruluşunu sarsıtmağa, dünyəvi dövlət modelini dəyişdirməyə cəhd ediblər. Nardaranda bir tərəfdə terroruçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu qrup vaxtında ifşa olunub. İnanıram ki, etdikləri cinayətlərin layiqli cəzasını çəkəcəklər".Milli Şuranın Nardaran hadisələrinin əsas iştirakçısı Taleh Bağırzadənin qrupu ilə işbirliyində olduğunu və indi də bu qurumun onun müdafiəsinə qalxdığını deyən Elçin Mirzəbəylinin sözlərinə görə, Əli Kərimli və digərlərinin dövlətçilik əleyhinə fəaliyyət göstərən bu terrorçu qrupu dəstəkləməsi məsələsi, bununla bağlı onlara "dəstək mesajlar"ı verməsi yeni hal deyil: "Bundan öncə də eyni mövqe ortaya qoyduqlarının şahidi olmuşuq. Milli Şuradakılar yaranmış istənilən situasiyada Azərbaycan əleyhinə çalışan xarici dairələrə ölkənin milli maraqlarını təslim etməyə hazırdırlar".

sia.az

Digər xəbərlər