"Tale Bağırzadəni tək buraxmayın..."
Noyabrın 26-da Nardaranda baş verən qanlı terror təxribatından sonra oradakı həyat normal ahənginə qayıtmaqdadır. Artıq dövlətin müvafiq güc strukturları da öz vəzifələrinin öhdəsindən lazımınca gələrək, qəsəbəyə nəzarəti gücləndirirblər. Belə ki, hüquq-mühafizə orqanları əməliyyat tədbirlərini davam etdirərək bir sıra şəxslərdən silah-sursat aşkarlayıb, terrorçuluq və təxribatçılıq meyillərinin aradan qaldırılması istiqamətində qanunauyğun addımlarını atıblar.
"Milli Şura" və AXCP-nin "radikalizmdən terrora keçid" planı
Lakin bütün bunlarla yanaşı, həmin hadisələrdən istifadə edərək öz dividendlərini artırmaq istəyən siyasi dəllallar hələ də Tale Bağırzadəyə və onun əlaltılarına törətdikləri cinayətkar əməllərinə öz təbirlərincə haqq qazandırmağa cəhd göstərirlər. Guya ölkədə dini kəsimə, inanclı adamlara qarşı təzyiqlərin olunduğunu iddia edən xəyanətkarlar bir daha antidövlətçiliyin, qaragüruhun, qan-qadanın, terror və təxribatların yanında olduqlarını isbatlayırlar. Məsələn, Tale Bağırzadənin "Milli Şura"nın üzvü olması, eləcə də bu qurumun başbilənləri - Cəmil Həsənlinin, Əli Kərimlinin adıçəkilən terrorçuya münasibətlərində onu müdafiə etmələri də belə deməyə əsas verir ki, gah "demokratiya", gah da "teokratiya" adı altında "siyasət" yürüdən bu şəxslərin məqsədi hansı çirkin üsullarla olursa-olsun hakimiyyəti ələ keçirməkdn ibarətdir. Əbəs yerə deyil ki, "Milli Şura" və AXCP sədrlərinin ardınca, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da radikalizm siyasətindən terrora keçidi dəstəklədiyini gizlətməyib.
Kim Tale Bağırzadəni dəstəkləmirsə, şiə deyil?
Məsələn, AXCP sədrinin müavini, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Fuad Qəhrəmanlı sosial şəbəkədə Nardaranda həbs olunan Tale Bağırzadənin və onun terrorçu qruplaşmasının üzvlərinə dəstək verməyən nardaranlıları, o cümlədən, terrordan kənar dayanan inanclı kəsimi heç bir əsası olmadan ittiham edib, bununla da təxribatçı şüarlar səsləndirib. "Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər? Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyn dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız..."
Təxribatçı fikirlərinin sonunda "Məhərrəmlik ayında məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz" kimi ifadələrə yer alan Əli Kərimlinin sevimli müavini bununla inanclı kəsimi küçələrə çıxmağa səsləyib. Beləlkilə, günü-gündən daha aydın şəkildə xarici həmin qüvvələrə işləyən milli satqınların iç üzü aşkarlanıb.
Panfarsizm ideologiyası ilə Əli Kərimli ideologiyasının bənzərliyi
Beləlkilə, Fuad Qəhrəmanlının məlum çağırışları daha bir bənzərliyə imza atmış oldu. Bu, İran parlamentinin beynəlxalq əlaqələr və təhlükəsizlik komitəsinin sədri müavini Mənsur Həqiqətpurun "iran.ru" saytında getmiş bəyanatına daha çox oxşayır. Xatırlatmaq yerinə düşərdi ki, panfarsist və anti-Azərbaycan şüarlarıyla gündəmə tez-tez çıxan Həqiqətpur da bildirib ki, nardaranlılar Azərbaycan hakimiyyətinə qarşı dirəniş göstərməli, Tale Bağırzadənin azadlığa buraxılması üçün terrora əl atılmalıdır. Daha dəqiq desək, İran parlamentarisinin və Əli Kərimlinin mövqeyindəki oxşarlıqlar Fuad Qəhrəmanlı açıq formada insanları dövlətə qarşı iğtişaşlara çağırır və dindarları ölkədə məzhəblərarası qarşıdurma yaratmağa təhrik edir. Göründüyü kimi, Əli Kərimli və ətrafı qeyri-sabit vəziyyətin yaranmasında maraqlıdır. Panfarsizm ideologiyası ilə Əli Kərimli ideologiyasının bənzərliyi məhz burada təsdiqini tapmaqdadır.
Bu, Əli Kərimlinin xarici qüvvələrə işləyərək Azərbaycanda qarışıqlıq yaratmaqla bağlı atdığı birinci addım deyil
AXCP sədri heç də birinci dəfə belə bir xəyanət yolunu tutmayıb. Məsələn, Əli Kərimli vaxtilə Qənimət Zahidi İrana anti -Azərbaycan meyilli qüvvələrlə görüşlərə göndərib, eləcə də Rusiyanın qaranlıq, mənfur qüvvələri ilə də əməkdaşlıq edib. Yəni indi də Əli Kərimli faktiki olaraq, radikal dindarlara dəstək verir. Azərbaycanda vətəndaş qarşıdurmasının yaranması, dövlətə qarşı iğtişaşların başlaması Əli Kərimlinin birbaşa maraqlarına xidmət edir. Tale Bağırzadənin pozuculuq fəaliyyətinə dəstəyini nümayiş etdirir ki, bu ölkədə sabitliyin pozulmasına gətirib çıxarsın, bundan səmərli formada istifadə etsin. Nardaran hadisələri başlamamışdan öncə Əli Kərimli dəfələrlə mətbuata Tale Bağırzadənin mövqeyini ifadə edəcək, onu müdafiə edəcək açıqlamalar vermişdi. Hətta bundan öncəki həbs müddətində "Milli Şura"nın sədri Cəmil Həsənli və Əli Kərimli həbsxanaya gedərək, onu doğum günü münasibətilə təbrik belə ediblər. Buzcə, artıq şərhə belə, ehtiyac qalmır.
Rövşən NURƏDDİNOĞLU