PDF Oxu

Müxalifət

  • 1 651

Rəsul Quliyev müxalifət liderlərini istefaya çağırdı

image

Müxalifətdaxili intriqalar getdikcə daha gərgin xarakter daşımaqdadır. Bu isə müxalifət daxilindən yeni qopmaların və kütləvi istefaların baş verəcəyindən xəbər verir. Amma cıxış yolunun olduğunu deyənlər və bu yöndə təkliflər irəli sürənlər var. Belə ki, ACP-nin keçmiş sədri Rəsul Quliyev müxalifət liderlərini yerlərini heç kəsə vermədən istefa verməyə çağırıb. Sizcə, müxalifət liderləri bu fikiri və təklifi dəyərləndirə bilər? R.Quliyevin sözlərinə görə, istefalar baş tutacağı halda müxalifətin yenidən formalaşması və güc mərkəzinə çevrilməsi imkanları yarana bilər. "Yurddaş" partiyasının sədri Mais Səfərli də "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rəsul Quliyevin müxalifət liderlərini istefaya çağırmasının yeni təklif olmadığını bildirdi: "Rəsul Quliyevin dediklərində həqiqətlər var. Çünki uzun illərdir ki, müxalifət partiyalarının lideləri uzun illərdir ki, siyasətdə olmalarına baxmayaraq, cəmiyyətdə uğur qazana bilməyiblər. Bu baxımdan heç bir uğur qazanmayan siyasilər tamamilə siyasi arenanı tərk etməlidirlər. Lakin müxalifət partiya sədrləri öz yerlərindən elə bərk yapışırlar ki, elə bil ki, bu partiyalar onların ata-baba mülküdür. Bu baxımdan, həqiqətən də, müxalifəti yerini heç kəsə vermədən istefa verməlidir.

"Rəsul Quliyev həm də müxalifət liderlərinə pensiyaya kəsilməsi təklifi ilə çıxış edib. Bunu nə dərəcədə ciddi qəbul etmək olar" sualını cavablandıran M.Səfərli bildirdi ki, ümumiyyətlə, Azərbaycanda işləyən hər bir kəs pensiya almaq hüququna malikdir: "Azərbaycan qanunları da buna imkan verir. Partiaya sədrləri də yaşa görə, pensiya ala bilərlər. Əlavə vəsitlərin verilməsi mümkünsüzdür. Bu yöndə hansısa fond yoxdur. Dünya praktikasında da belə praktika mövcud deyil".

"Müxalifət liderləri sədrlikdən istefa versələr, müxalifət düşərgəsində sağlam ab-hava yarana bilərmi" sualını cavablandıran partiya sədri bildirdi ki, əlbəttə müxalifət liderləri istefa versələr, həmin düşərgədə sağlam ab-hava yaranar: "Çünki müxalifət liderləri rəhbərlik etdikləri partiyalarda hörmət sahibi olmadıqları kimi, cəmiyyətdə də dəstəyə malik deyillər. Bu baxımdan onlrın istefa vermələri yalnız müxalifətin xeyrinə ola bilər".

"Ümumilikdə müxalifətin biri-birini tənqid etməsi, iradlar bildirməsi və çatışmazlıqları xüsusilə də qabartması nədən irəli gəlir" sualını cavablandıran M.Səfərli qeyd etdi ki, bu günə qədər müxalifətin fəaliyyətinin böyük əksəriyyəti biri-birinə qarşı tənqid və təhqir etməkdən ibarət olub: "Yəni partiya ilə bağlı əsas işləri bir kənara qoyaraq, biri digərinə qarşı siyasət yürüdərək onun axırına çıxmaq istəyir. Demək olar ki, bu gün onların gündəmdə qalmasının əsas səbəbi biri digərini sıradan çıxartmaqla bağlıdır. Belə fəliyyət yolu onları məhvə sürükləyir".

GÜLYANƏ

Digər xəbərlər