Dövlətçilik maraqlarına zərbə vurmaqla baş xəyanətkar rolunu əldə saxlamaq
Əli Kərimlinin yürütdüyü "siyasətin" hər bir addımında xəyanətin, satqınçılığın və dövlətçilik maraqlarını satmağın izləri dayanır. Hətta onun barədə özündə kifayət qədər həqiqətləri ehtiva edən "Yurd həqiqətləri" adlı kitab belə nəşr olunub. Qeyd edək ki, həmin kitabda yazılan faktlar barədə "SƏS" qəzetində silsilə təhlil yazıları dərc olunub və xalqa Əli Kərilmi barədə reallıqlar çatdırılıb. Təəssüf ki, ortada onu ifşa edəcək minlərlə faktların olmasına baxmayaraq, o, hələ də özünü iqtidara iddialı olan "ana müxalifət" partiyasının sədri kimi ictimai rəyə sırımaqda davam edir. Pafoslu çıxışları, qaragüruhçuluğu və haray-şivənçiliyi ilə ətrafına uzağı 100-200 nəfər yğımağı bacaran Əli Kərimli hələ də həmin gülünc iddialarında qalmaqda davam edir. Elə sanır ki, bu minvalla - xəyanət və satqınçılq yolunu tutmaqla hakimiyyətə yiylənə biləcək.
Əli Kərimli AXCP-ni sovet kəşfiyyatının planı ilə dağıdıb
Bu arada Əli Kərimlini ifşa edən növbəti faktlar üzə çıxıb. Məsələ ondadır ki, AXC-nin mərhum lideri Əbülfəz Elçibəy onu elə-belə şəkildə "komsomolçu" adlandırmayıb. Çünki hələ AXC yarandığı dövrlərdən Əli Kərilmi SSRİ DTK-sına işləyib. Daha sonra isə DTK-nın xələfi olan Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq göstərib. Əldə etdiyimiz faktlar da bunu deməyə əsas verir. Yəni o, AXCP-ni sovet kəşfiyyatının planı ilə dağıdırdı. Digər tərəfdən Xalq Cəbhəsində Əli Kərimli yüksəlişi separatçılıq və bölücülüyün güclənməsilə paralel baş verirdi. Çünki "Yurd" sədrinin bu gün də əsas müttəfiqləri separatçılığa meyilli mərkəzlərdir. "Yurd"un AXCP-ni bitirmək üçün keçmiş sovet kəşfiyyatının hazırladığı plan olması da buradan görünür. Məsələn, ən maraqlı tərəfi də, Elçibəy vəfat etdikdən sonra AXCP-nin sədr postunu qəsb edən Əli Kərimlinin keçən 15 il ərzində bir dəfə də olsun ortaya siyasi iddia qoymayıb və heç vaxt "Yurd"un AXCP-dən ayrılmaq istəməməsi də bundan qaynaqlanırdı.
AXCP-ni parçalamaq müqabilində əldə etdiyi maddi gəlirlər Əli Kərimlini fiziki və siyasi tərəfdən saxtakarlıqlarını üzə çıxardı
Yeri gəlmişkən, vaxtilə Əli Kərimlinin müavini olmuş, hazırda ondan ayrılaraq, alternativ AXCP yaradan Razi Nurullayevə məxsus "cebhe.info" saytı da vacib məlumatlar yayıb. Qeyd olunur ki, müxtəlif maskaların bir siması "Yurd" AXCP sədri Əbülfəz Elçibəyin ölümüylə cəbhəçilərə qarşı iti dişlərini göstərdi. Pul, hakimiyyət və xarici dövlətlərdəki qəyyumlarından aldığı əlahiddə imtiyazların verdiyi sərxoşluq "Yurd" sədri Əli Kərimlinin gözlərini tamamilə kor etdi. Həmçinin AXCP-ni parçalamaq müqabilində əldə etdiyi maddi gəlirlər Əli Kərimlini fiziki və siyasi tərəfdən saxtakarlıqlarını üzə çıxardı. Çünki partiyanı parçalamaq planını başqalarının geyindirdiyi bir neçə maskayla həyata keçirirdi. "Yurd" bu işdə Əli Kərimlinin əsas dağıdıcı qüvvəsiydi. AXCP-də Elçibəy tərəfdarlarına qarşı güclənən separatçılıq və cəbhəçiləri partiyadan kənarlaşdırmaq planlarının başını da "Yurd" sığallayırdı. 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkilərdə müxalifətin məğlubiyyətə uğraması, siyasi partiyaların yaratdığı blokların ("Bizim Azərbaycan", "Azadlıq", "İctimai Palata", "Milli Şura" və s.) fikir ayrılıqlarına görə dağılması işlərində, zaman-zaman mediada Elçibəyə qarşı aparılan təhqir kampaniyasında "Yurd" həmişə ön planda olub. Əli Kərimlinin liderliyindəki bu separatçı qurum Milli Azadlıq Hərəkatının bütün dövlətçilik ideologiyasını darmadağın etdi. Şiddət və təhqir həmişə "Yurd"un AXCP-yə qarşı mübarizəsində bir nömrəli şüarı olub. Əli Kərimlinin milli məfkurə və AXCP fobiyası var. Məhz buna görə, çox asanlıqla kənar güclərin separatçı zehniyyətini beyin qəlibinə yerləşdirə bilir. Sonu sürətləndirən proses Əli Kərimlinin kənar güclərin böyük diametrli dəstəyi sayəsində Elçibəy və tərəfdarlarını AXCP-dən kənarlaşdırmaq cəhdləri dövlətçiliyə xəyanət idi. Essentrik diktatorun şəxsi mənfəətləri üçün güclü bildiyi rəqiblərini zərərsizləşdirmək yolunda alternativ variantı yox idi. Çünki bütöv cəmiyyət daxilində Əli Kərimlinin nüfuzlu olduğu çərçivə "Yurd"la məhdudlaşırdı. "Yurd"la təkbaşına Elçibəy tərəfdarlarının öhdəsindən gəlmək mümkün deyildi. Nəticədə, o, Xalq Cəbhəsini siyasətdə passivləşdirmək üçün partiya xaricindəki güclərə öz pullu xidmətlərini təklif etdi. Əli Kərimli 15 il ərzində partiya daxilindəki nizamı bu cür formalaşdırmışdı. Əli Kərimli nümunəsi göstərir ki, hansısa çərçivədə təkbaşına rejim qurmaq və bunun təhlükəsizliyini təmin etmək üçün əlavə maskalara ehtiyac var. "Yurd" sədri heç vaxt AXCP-ni dağıtmağa başlayarkən "Uçuruma doğru gedirsən!" xəbərdarlıqlarından dərs almadı. Son nəticədə isə, bu mesajlar onun AXCP-dəki sonunu sürətləndirən prosesə çevrildi.
AXCP sədrinin demoqogiyalı "kredosu" - "Hörmətsizlik etmək, hörmət görmək üçündür"
Özünü həddən artıq dərəcə bəyənməsi, narsist xisləti Əli Kərimlini AXCP-ni darmadağın edən makinaya çevirmişdi. Peşəkar parodiyaçı olduğu üçün sönük görünüşünü gizlətmək üçün təyin edilmiş rolları ifa edirdi. "Yurd" sədri paranoyak, narsist tipə sahib olan və güc aclığı sindromundan əziyyət çəkirdi. Məhz psixopat olması, Əli Kərimlini rəqiblərinə qarşı fərqli məcrada mübarizə üsulu seçməyə sövq etdi. Nəticədə, o, 15 il ərzində Azərbaycan siyasətinin təhqir simasına çevrildi. Bu cəhdləri də Əli Kərimlinin AXCP tarixində özünü "əbədi lider" etmək istəklərindən doğurdu. Nəticədə, o, əyləşdiyi kreslonu tərk etmək istəmirdi. Bunun üçün partiya nizamnaməsini dəfələrlə dəyişdi, digər müxalifət partiyalarını müxtəlif bəhanələrlə özündən uzaqlaşdırdı. O, beləliklə, sədr postundakı mütləqiyyətini qorumaq üçün partiya daxilində demokratik mühiti aradan qaldırdı. AXCP sədrinin "kredosu" belədir: "Hörmətsizlik etmək, hörmət görmək üçündür"... Əli Kərimli demokratiya məsələsində məhz bu cür demaqoqluq edir və "yurd"çuları qabağa verib səslərini qaldırmaqla özünə "demokratiya qulluqçusu" simasını qazandırmağa çalışır. Hətta müsahibələrinin birində "Azərbaycanda bütöv xalqın dəstəyinə sahib olan yeganə siyasəti mənəm" deməklə, ən böyük usta yalançı simasını xalq qarşısında ifşa etdi. Əlbəttə, həmin an Əli Kərimliyə "Siyasi iddiası olmayan partiya sədri özünü, necə xalq dəstəyinə sahib olan yeganə siyasətçi adlandıra bilər" sualını vermək olardı. Bir lider həqiqətən demokratiyaya inanırsa, yəni tuduğu posta gəldiyi kimi də, bir gün gedəcəyini qəbul edə bilirsə, haqqında edilən tənqidləri normal qarşılamalıdır. Lakin Əli Kərimlidə bunun əvəzinə rəqiblərini təhqirlərlə zərərsizləşdirmək kimi qeyri-normal bir xislət formalaşıb.
Beləliklə, bir daha bəlli olur ki, vaxtilə Əli Kərimlinin yanında olmuş cəbəhçilər indi ondan daha çix uzaqda gəzməyə çalışırlar. Çünki ölkə siyasətində çox zərərverici virusun - Əli Kərimli virusunun gəzməsini yaxşı bilirlər. Belə bir zərərli, yoluxucu virusa qarşı isə hər halda bir peyvənd tapılacaq. Özü də yaxın zamanlarda...
Mübariz QULİYEV