PDF Oxu

Müxalifət

  • 3 748

İsa Qəmbərin "Bizim Azərbaycan" etirafları

image

Yaxud, Müsavat eks-başqanının 2003-cü il "xatirələrindən" doğan faktlar

Bu ərəfələrdə Müsavat partiyasının sabiq başqanı, 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" seçki blokunun rəhbəri İsa Qəmbər həmin ilin 15-16 oktyabr hadisələri ilə bağlı müəyyən vacib məsələlərlə bağlı etiraflar edib. Məsələn, hələ də həmin seçkilərdə "qalib" olduğunu iddia edən xəyalpərəst eks-başqan bildirib ki, guya xalq onun "qələbəsi"nin əlindən alınmasına görə Müsavatın keçmiş qərargahı qarşısına toplanıbmış. Lakin buna rəğmən, İ.Qəmbər etiraf edib ki, oktyabrın 16-na təyin edilmiş icazəsiz mitinqə qarşı "hakimiyyətin hərbi-texniki cəhətdən hazırlıqlı" olduğundan xəbərləri olub (?!-R.R.). Yəni İsa Qəmbər yaxşı bilirmiş ki, icazəsiz kütləvi aksiya keçirərsə, partiyanın balkonundan aşağıya toplaşmış gözləri qızmış cinayətkarlara armaturlar, dəyənəklər ötürərsə, üsyan çağırışları edərsə, dövlət bu kimi qanunsuz əməllərin qarşısını alacaq. Bu kimi halı bilə-bilə, hadisələrin sonrakı gedişatını proqnoz etməyərək, İ.Qəmbər və radikal seçki blokunun digər təmsilçilərinin təşəbbüsüylə 12 il əvvəl "Azadlıq" meydanında icazəsiz keçirildi. Nəticədə, çoxlu sayda insan kütləvi həbsi ilə müşayiət olunan hadisələr və s. arzuolunmaz məsələlər baş verdi.

Bu tapşırığı İsa Qəmbərə o zamankı Norveç səfiri Steynar Gill və daha bir neçə Qərb ağaları vermişdi

Halbuki hələ seçkilərdən əvvəl - oktyabrdan 12-də "Bizim Azərbaycan" bloku tərəfindən Yasamal rayonu ərazisindəki "Qələbə" kinoteatrının qarşısında icazəli mitinq keçirilmişdi. Beləliklə, hadisələrdən nə az, nə çox, düz 12 il sonra İ.Qəmbər etiraf edir ki, hadisələrin bu sonucla bitəcəyini öncədən bilib. Onda belə bir sual yaranır - əgər sən bütün baş verəcəklərin nəticəsindən hali idinsə, ya da proqnoz etmək gücündəydinsə, niyə həmin hadisələrin qarşısını almaq yerinə, ölkədaxili vəziyyətin qızışdırılaraq çərçivədən çıxmasına çalışdın? Bu sualın cavabı çox asandır. Bu tapşırığı İ.Qəmbərə o zamankı Norveç səfiri Steynar Gill və daha bir neçə Qərb ağaları vermişdi. Təbii ki, İ.Qəmbər də yalnız öz mənfəətini güdən biri ağalarının əmrləri qarşısında müntəzir dayandı. Qan da töküldü, şəhərə də ciddi ziyan dəydi. Görünür, İ.Qəmbər ya Həccə getməyə hazırlaşır, ya da elə bilir ki, fiziki ölümü yaxınlaşır və onu etiraf etmək, xalqdan üzr istəmək vaxtı çatıb. İnandırıcı görünməsə də, bu versiya bəlkə də ağlabatandır...

Biz bunu sonrakı illərdə də gördük

Lakin 15-16 oktyabr iğtişaşları bununla başa çatmayıb. Bu tarix ölkənin ənənəvi və radikal müxalifətinin ölümünə fərman verdi. Çünki həmin dönəmdə "Bizim Azərbaycan" blokuna daxil olan siyasi partiyalar İ.Qəmbərə etiraz əlaməti olaraq, qurumdan uzaqlaşdılar. Nəticədə dağıdıcı müxalifət gələcəkdə hakimiyyətə qarşı vahid mərkəzdən çıxış etmək imkanlarını birdəfəlik itirdi. Biz bunu sonrakı illərdə də gördük. Xalq 2005-ci ilin parlament və 2008-ci ildə keçirilən prezident seçkilərində buna əyani şəkildə şahidi oldu. 2013-cü il prezident seçkilərində də eyni hal təkrarlandı. 2015-cü ilin parlament seçkilərində isə, artıq seçki prosesində müxalifətin mübarizəsi və varlığı müzakirə mövzusu deyildi.

Ellada Məmmədli: "Bunu İsa Qəmbər bilər"

Bu arada vaxtilə radikal təmayüllü "Bizim Azərbaycan" blokunun fəallarından biri, Müsavat partiyası qadınlar şurasının keçmiş sədri Ellada Məmmədli mətbuata açıqlamasında deyib ki, törətdiyi qanunsuz hadisənin nə ilə nəticələnəcəyini bilə-bilə insanların nəyə görə küçələrə çıxarılmasını daha yaxşı İ.Qəmbər bilir. Sitat: "Bunu onun özündən soruşmaq lazımdır. Sualları birbaşa İ.Qəmbərin özünə yönəldilməlidir. O sualı onun özünə vermək lazımdır ki, hər şeydən xəbərdar ikən, insanları meydanlara çıxarıb qırdırmağa nə ehtiyac var idi?!"

Hər halda bütün suallar verilib, hətta İ.Qəmbər də etiraflarını edib. Bəs maraqlıdır, niyə hələ də rəsmi qaydada həmin əməllərinə görə cavab vermir? Yəqin 2003-ün qorxusu hələ də canından çıxmayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər