PDF Oxu

Müxalifət

  • 1 912

"Milli Şura" Taleh Bağırzadənin fəaliyyətində siyasi məsuliyyət daşıyırmı?

image

Nardaran hadisələrinin əsas təşkilatçılarından biri olan Taleh Bağırzadənin bilavasitə Əli Kərimli ilə əlaqələri ortaya çıxıb. Məhz bu fakt ortaya çıxdıqdan sonra "Milli Şura" və Əli Kərimlinin AXCP-si pis vəziyyətə düşüb. Çünki məhz onların müttəfiq elan etdikləri, "Milli Şura"da birgə çalışdıqları Taleh Bağırzadə terrorizmdə, qeyri-qanuni silahlı dəstə yaratmaqda, hakimiyyəti zorla devriməkdə ittiham edilir. Hüquq-mühafizə orqanlarının Nardaranda apardığı əməliyyatın təfərrüatları ictimaiyyətə yaxşı bəlli olduğundan, bu gün ortada qeyri-qanuni əldə edilmiş silah, təşkil edilmiş dəstə və hakimiyyəti devirməyə çağıran çağırışlar var.

Əli Kərimli və onun ətrafındakılar da bilməlidirlər ki...

Bütün bunlar "Milli Şura" və Əli Kərimli AXCP-sinin Taleh Bağırzadənin fəaliyyətinə siyasi məsuliyyət daşıdığını göstərir. Yəni ictimaiyyət hüquqi olmasa da, siyasi cəhətdən "Milli Şura"dan bu müttəfiqliyin, T.Bağırzadəni müdafiə etməyin səbəblərini soruşmalıdır. Çünki xaricdən Azərbaycanda hakimiyyəti devirmək üçün silahlı dəstə yaratmağa çalışıblar. Özü də bu, müstəqillik tariximizdə birinci dəfə baş verən hal deyil.

Sirr deyil ki, ölkədə dini radikalizmi gücləndirməyə çalışan xarici mərkəzlər olub, indi də qalmaqda davam edir. Bu mərkəzlərin ortaya qoyduğu ssenari ilə "Milli Şura" və Əli Kərimlinin AXCP-sinin eyni yolla hərəkət etməsi bir sıra suallar doğurur. Onların verdiyi bəyanatları isə özlərinin siyasi məsuliyyətindən uzaqlaşdırmaq məqsədi daşıyır. Lakin Ə.Kərimli və onun ətrafındakılar da bilməlidirlər ki, ictimaiyyətin onların pozucu fəaliyyətlərinə verməyə xeyli sualları var.

Artıq cavab verməyin tam zamanıdır, "demokrat" bəylər!

Lakin belə həssas məqamlarda "Milli Şura" və Ə.Kərimlinin T.Bağırzadəyə verdiyi siyasi dəstəyin də istintaq tərəfindən araşdırılacağına ümid etməliyik. Hər halda, iki eyni qüvvənin bir arada olması və onlardan birinin terrorçuluğa çağırışları bir çox məqamlardan xəbər verir. Bu məqamda cəmiyyətdən üzrxahlıq etməkdənsə, bu məsələlərə aidiyyatı olmadığını bildirərək qəti mövqe qoymaqdansa, müttəfiqlərini müdafiə edir. O müttəfiqlər ki, bu gün onlara qarşı yalnız bu deyil, digər bir çox ciddi, hətta ciddidən də ciddi ittihamlar irəli sürülüb. Bu baxımdan artıq cavab verməyin tam zamanıdır, "demokrat" bəylər...

MÜBARİZ

Digər xəbərlər