Bu bəhanə ilə törətdiyi cinayətdən yaxa qurtarmağı düşünür
Keçirilən Apellyasiya Məhkəməsində müdafiə tərəfi çıxış edərək Leyla və Arif Yunusların günahsız olduqlarını sübut etməyə və Leyla Yunusun şəkərli diabet və qaraciyər serrozu xəstəliklərinə görə vəziyyətinin ağırlaşdığını da diqqətə çatdırmağa çalışıb. Bununla da elə zənn edirlər ki, bu bəhanə ilə törətdiyi cinayətdən yaxa qurtara bilər.
Ancaq Vətənə xəyanət bağışlanmır
L.Yunus və bu anti-azərbaycançı ünsürün həyat yoldaşı A.Yunusun istintaqa cəlb edilməsi, onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunması ortalıqdakı konkret əməli fəaliyyətin, eyni zamanda, törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir. Doğurdan da, başqa gözlənti də yox idi. O mənada yox idi ki, hər iki şəxs ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib. Əksinə, bu mövqeni əməlləri ilə hər zaman açıq şəkildə qabardıblar, öz millətinə, dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətlə həyasızcasına fəxr ediblər. O zaman belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi və gördü də. Çünki Azərbaycan dövləti L.Yunus və onun kimilərin arzuladığı formatda deyil. Çünki Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, mümkünsüzdür!
L.Yunus və A.Yunus hüquq müdafiəçisi adı altında maskalanmış, eyni zamanda, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləri oldluğu üçün onlardan hər şey gözləmək olar. Həyasızlığı ilə daima özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, bu günlər məhkəməsi davam edən Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunus və əri A.Yunusun xəyanətləri, korrupsiya əməliyyatları, mənimsədikləri külli miqdarda vasaitlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Məhkəmənin gedişi ilə bağlı mətbuatda yer alan informasiyalarda da bu barədə ətraflı açıqlama verilib. Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən Leylanın Vətənə xəyanət əməlləri rəsmən subut olunur. Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma maddələri ilə ittiham olunan L.Yunusun çirkin əməllərinin şahid ifadələri ilə təsdiqlənməsi, dövlətçiliyimizə ziyan vuran gizlinlərinin aşkarlanması ilə onun əsl kimliyi bəlli oldu. Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır və bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır etsələr də, artıq ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında cavab verdi. Bu satnıq ermənipərəstlik siması layiq olduğu cəzasını aldı - L.Yunus 9 il, A.Yunus 7 il. Leyla və Arif Yunuslar öz anti-milli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıblar.
R.HÜSEYNOVA