PDF Oxu

Müxalifət

  • 1 918

Leyla və Arif Yunusların xəyanətləri unudulmayıb

image

İstənilən ölkənin daxilində müxalif ruhlu insanlar, hakimiyyətin yürütdüyü siyasətə və ya qəbul etdiyi qərarlara qarşı bəzən barışmaz, bəzən də liberal mövqe tutan insanlar olur. Bu, normaldır və fərqli insanların müxtəlif fikirləri təbiidir. Amma fikir müxtəlifliyi, fərqliliyi və müxalifliyi adı ilə ölkənin maraqlarına, vətəndaşların mənafelərinə zərbələr vurmaq, hüquqlarının qorunduğu iddia edildiyi insanların haqlarını oğurlamaq və onların adından siyasi alver aparmaq - siyasi gigiyena baxımından çirkin, natəmiz əməldir.

Bu baxımdan Azərbaycandakı "Sülh və Demokratiya İnstitutu" adlı qurumun rəhbərləri Leyla və Arif Yunusların çirkin, natəmiz əməllərini bir-birindən ayırmaq çətindir.

Bəlli olduğu kimi "Sülh və Demokratiya İnstitu"nun rəhbəri L.Yunusun əri Arif Yunus noyabrın 12-də məhkəmənin qərarı ilə azad edilib. Daha dəqiq desək, ondan başqa yerə getməməsi barədə iltizam alınıb və azadlığa buraxılıb. Dekabrın 6-da isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilən Leyla Yunus da Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində həbs-qətimkan tədbirini dəyişdirib, ondan başqa yerə getməməklə bağlı iltizam alınaraq məhkəmə zalından azadlığa buraxılıb.

Onu da qeyd edək ki, məhkəmənin Leyla Yunus barəsində çıxartdığı humanist qərar ilk növbədə onun sağlıq durumu ilə əlaqələndirilir. Lakin bu humanistliyin qarşısında A.Yunusun deydiyi L.Yunusun da "belə də olmalıdır" tipli açıqlamaları bir daha onların nə qədər rəzil və həyasız olduğunu göstərir.

Siyasi məhbus, yoxsa məhbuslarla siyasət?

"Sülh və Demokratiya İnstitutunun" direktoru Leyla Yunusun kimliyi hələ 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin funksionerləri, xüsusilə də Zərdüşt Əlizadə və Etibar Məmmədov adıçəkilən xanımdan mümkün qədər uzaqda durmağa, əlaqələri minimuma endirməyə çalışırdılar.

İllər davam edir, L.Yunus və A.Yunus siyasətdə növbəti "irəliləyiş" etmək istədi. Və "siyasi məhbus" siyahısını hazırlamaqla, özünü az qala Oskar Şindler sayaraq terrorçuluq, qətldə suçlanaraq həbs edilənləri "siyasi məhbus" adı ilə Avropanın müvafiq qurumlarına da saydırmağa çalışırdı. Ya da xidmətlərinə tələbatdan asılı olaraq maliyyə fırıldaqlarından tutmuş, Azərbaycan dövlətinə və millətinə xəyanətdə günahlandırılmış adamların da "dərhal xilas olunması" üçün "siyasi məhbuslar" siyahısına daxil edirdi. Çünkü Leyla və Arif Yunuslar üçün "siyasi məhbus" ifadəsi siyasi biznes, maraq alverinə döndüyündən o, mütəmadi olaraq hazırladığı siyahılara sifarişdən və istəkdən asılı olaraq kimlərin adlarını daxil etməmişdi ki.

Leyla Yunusun qızına qarşı yenə də dövlətimiz humanist addım atdı

Dövlətimiz həmişə öz humanist addımını atır. Belə ki, erməni xislətili L.Yunusun qızı Dinara Yunusovaya məxsus evin müsadirə olunması barədə qərar da ləğv edilib. Ancaq erməni xislətli Leyla Yunusun qızı Dinara Yunus bilməlidir ki, gəzdiyi, yaşadığı bu torpağı müdafiə edən cəbhə bölgəsində şəhid olmuş Azərbaycan əsgərləri barədə sosial şəbəkələrdə yazdığı fikirləri heç kəs unutmayıb. Cəbhə bölgəsində yaşanan gərginlik Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olduğu bir vaxtda Leyla Yunusun qızı Dinara Yunusova Vkontakte sosial şəbəkəsində Azərbaycan əleyhinə nifrətini açıq-aydın bildirib. Belə ki, daha çox rus və erməni millətindən olan internet istifadəçilərlə dostluq edən Dinara Yunusova şəhid olan əsgərlər haqqında dediyi fikirlərlə bir daha erməni xislətini nümayiş etdirdi: "Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir".

R.HÜSEYNOVA

Digər xəbərlər