PDF Oxu

Müxalifət

  • 2 441

Müxalifətin birlik iddiaları yeni parçalanmalara yol açacaq

image

Bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri özlərini rekalam etməkdən ibarətdir. Müxalifət liderləri bir müddət gündəmdə qalmaq üçün məhz yersiz hərəkətlərə əl atır, pafoslu, populist bəyanatlar səsləndirirlər. Yəni müxalifət partiya rəhbərləri hələ də, siyasətdə olduqları görüntüsünü yaratmaq üçün dağıtdıqları blokların yerinə yenisini yaratmaq kimi məsələlərə əl atırlar. Amma bu reallıqdır ki, müxalifət düşərgəsində olan partiyaların potensialı tamamilə tükənib. Potensialı tükənən partiyalarında irəliliyə doğru getməsi mümkün olan məsələ deyil. Təbii ki, onlara havadarlıq edən bəzi xarici dairələr də var ki, həmin qüvvələr bu partiyaları vaxtaşırı birliklər yaratmaqa sövq edirlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov isə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət liderlərinin yaratdıqları bloklara inamsızlığı onların sosial bazaya malik olmamasından irəli gəlir: "Bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyir. Yəni müxalifçilər biri digərinə qarşı bu gün yaxşı olsa da sabah pis olur. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və biri-birini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, birlik olamayan yerdə də inamdan, mehribançılıqdan və irəliləyişdən söhbət gedə bilməz".

T.Novruzov onu da bildirdi ki, müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmaması və biri-birinə qarşı olan düşməncilik münasibətləridir: "Müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfdən yaradılan blok və qurumların dağılmasının şərtləndirən əsas amillərdəndir. İddialar müxalifət partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Birmənalı şəkildə demək olar ki, müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".

T.Novruzovun sözlərinə görə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil: "Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, onda, həmin partiyalara cəmiyyət tərəfindən heç bir siyasi dəstək ola bilməz. Bugünkü müxalifətin çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Artıq demək olar ki, müxalifətin sonudur. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifətin bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni biri-birini qırmağı yox, müxalifətin yeniləşməsinə çalışmalıdırlar. Əks təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".

GÜLYANƏ

Digər xəbərlər