KÖŞƏ YAZISI
Bir neçə gündür ki, mətbuat və sosial şəbəkədə ən çox müzakirə olunan məsələlərdən biri də sabiq prezident Ayaz Mütəllibovun digər sabiq prezident Əbülfəz Elçibəy haqqında dediyi sözlərdir. Belə ki, Ayaz Mütəllibov mətbuata açıqlamasında Ə.Elçibəyi "primitiv millətçi" adlandırmış və onu satqınlıqda, Kəlbəcəri Ermənistana verməkdə ittiham etmişdi. Mütəllibovun bu acıqlamasına xeyli sayda etiraz edənlər oldu. Lakin maraqlı məqamlardan biri də budur ki, A.Mütəllibova hər kəs etiraz etsə də, Ə.Kərimli və C.Həsənli bu məsələyə reaksiya verməyib.
Mütəllibova etiraz edənlər, onu Əbülfəz Elçibəyə böhtan atmaqda qınayanlar arasında Əli Kərimli ilə Cəmil Həsənli niyə olmadı?
A.Mütəllibov Əbülfəz Elçibəyi təhqir etdi və bütün bunlar hər kəsin gözü qarşısında baş verdi. Vaxtilə Elçibəyi özlərinə ldier hesab edən adamların hər biri A.Mütəllibovun təhqirinə, demək olar ki, cavab verdi. Mütəllibovu yaltaqlanmaqdan tutmuş, ağlını itirməyə qədər bir çox məsələlərdə qınadılar. Bunlar siyasətlə məşğul olanlar, olmayanlar, partiya sədrləri, sədr müavinləri, ziyalılar, deputatlar, şairlər, media nümayəndələri, sosial şəbəkə istifadəçiləri, bitərəf şəxslər və b. insanlar oldu. Bəs görəsən, Mütəllibova etraz edənlər, onu Əbülfəz Elçibəyə böhtan atmaqda qınayanlar arasında Ə.Kərimli ilə C.Həsənli niyə olmadı?
Onlar -Ə.Kərimli və C.Həsənli susmaqda davam edir. Niyə?! Hər ikisi az qala bütün günü Facebook-da, mediada 10-cu dərəcəli bir şəxsin "haqqının pozulmasından", " qanunsuzluqla üzləşdiyindən", "təqibə və təhqirə məruz qalmasından" yorulmadan yazırlar, pozurlar. Bəs deyirdiniz "Elçibəyin varisləriyik", "onun partiyasının davamçılarıyıq?"
Hətta onun imkanı olsa, bu gün də Elçibəy haqqında səsləndirdiyi təhqirləri, söyüş və küfrləri irəli sürər
Bu fakt bir daha onu sübut edir ki, Ə.Kərimlinin heç vaxt Elçibəy sevgisi olmayıb və uzun illərdir ki, mətbuatda deyilənlər öz təsdiqini tapır. Ə.Kərimli Əbülfəz bəyi daxilən qəbul etməyən və onu xəyanət edən birisidir! Ə.Kərimli bu məsələdə özünü "kar" və "kor" kimi göstərdi. Ancaq hamı gördü ki, bu adamın Elçibəy "sevgisi", həqiqətən də saxtadır.
Hətta onun imkanı olsa, bu gün də Elçibəy haqqında səsləndirdiyi təhqirləri, söyüş və küfrləri irəli sürər. Belədirsə, onda hər şey məlumdur. Hətta Ə.Kərimlinin Elçibəyə deyil, Mütəllibova simpatiya göstərməsi də kimsəni təəccübləndirməməlidir...
RƏFİQƏ