PDF Oxu

Müxalifət

  • 1 896

"Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nda Müsavat üzvləri var

image

"ADR" rəsmisi: "Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilib, partiyanın adına ləkə gətirilib"

"Azərbaycan Demokratiya və Rifah Hərəkatı" təmsilçiləri Müsavat partiyasına qarşı irəli sürdükləri ittihamlarında haqlı olduqlarını bir daha bəyan ediblər. Belə ki, hərəkat rəhbəri Qubad İbadoğlunun ABŞ-da uzun müddət qalmasından öz xeyrinə yararlanan Müsavat başqanı A.Hacılının yaxın ətrafı indi də "ADR"-in öz işinin öhdəsindən gələ bilmədiyini, bu səbəbdən də buraxılacağını iddia edirlər. Xüsusilə, sosial şəbəkədə aktivliyi ilə seçilən Mustafa Hacıbəyli və s. Müsavat rəsmiləri Q.İbadoğlunun Azərbaycana dönməyəcəyini iddia etməklə ona inananların aldandığını bildirirlər. İddialarda deyilir ki, hələ yayda Qubad İbadoğlunun ölkəyə qayıdacağı deyilsə də, üstündən aylar keçməsinə baxmayaraq, onun geriyə qayıtması məsələsi yubanır.

Komissiyanın üzvləri Arif Hacılının göstərişi ilə partiyadan əsassız olaraq xaric edildilər

Bu arada Müsavat tərəfinin bu cür fikirlərinə qarşı "ADR"-dən gələn cavab gecikməyib. ADR hərəkatının sədr müavini Ellada Məmmədli Qubad İbadoğlunun ölkədə olmamasının onların işinə mane olmadığını bildirib. O, qeyd edib ki, mütəmadi olaraq onunla sosial şəbəkədə görüşür, bir-birlərinin fikirlərini dinləyir, hərəkatın bundan sonra atacağı addımları barədə planlar tərtib edirlər. Ellada Məmmədli hətta bildirib ki, çox yaxın vaxtlarda qeydiyyat məsələsi də həllini tapacaq.

"ADR" təmsilçisi, eyni zamanda Müsavatın çətin durumda qaldığını iddia etməklə, vacib fikirlər səsləndirib. Sitat: "ADR"-in üzvləri Müsavatla bağlı məhkəməyə müraciət edib. Bəziləri sizlərin partiyanın bağlanmasına və qeydiyyatının ləğvinə çalışdığınızı iddia edir. Bildiyiniz kimi, Müsavat partiyasının VIII qurultayı bir gün keçirilmiş və orada yalnız başqan seçkisi elan olunmuşdur və bu prosedurun özünün də kifayət qədər nizamnamə qüsuru nəticəsində həll olunduğu, digər iki qurumun sərbəst məclis üzvləri və MNTK üzvlərinin nəticələri qurultay səlahiyyətli olsa da qurultayda təsdiq olunmamışdır və yuxarıda qeyd etdiyim qurumlar sonrakı ikinci məclisdə Arif Hacılı tərəfindən təsdiq edilmiş və həmin prosedurun özü də nizamnaməyə zidd olaraq həyata keçirilmişdi. nəticədə yeni başqanın rəhbərliyi ilə təşkil olunmuş qurumlar saxtalıqlarla yanaşı, partiyanın bütün fədakar fəal üzvlərini nizamnaməyə zidd olaraq partiyadan xaric etmiş və ya yersiz nizamnamə cəzası verib. Bizlər o vaxt partiyada müsavatçıların hüquqlarının müdafiə komissiyasını yaratdıq. Həmin komissiyanın üzvləri Arif Hacılının göstərişi ilə partiyadan əsassız olaraq xaric edildilər. Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilmiş, partiyanın adına ləkə gətirilmişdir."

Məhkəmədə Arif Hacılının saxtakar başqan olması təsdiqini tapa bilər

E.Məmmədli onu da bildirib ki, bu istəklərini reallaşdırmaq üçün kifayət qədər faktlara və faktları ortaya çıxaran dəlillərə, video və foto materiallara malikdirlər: "Bunları da məhkəməyə təqdim etmişik. Məhkəməyə "ADR" üzvləri olaraq yox, müsavatçıların hüquqlarının müdafiəsi komissiyasının üzvləri olaraq müraciət etmişik. Çünki aramızda Müsavatın üzvü olanlar da var".

Beləliklə, ölkənin siyasi gündəmində növbəti müxalifət qalmaqalı formalaşmaqdadır. "ADR" Müsavata qarşı məhkəməni udsa və partiyanın qurultayının nəticələrinin ləğv edilməsinə nail olsa, bu amil A.Hacılının başqanlığının qeyri-legitimliyinin rəsmi təsdiqlənməsi kimi qiymətləndiriləcək.

Rövşən RƏSULOV

Digər xəbərlər