PDF Oxu

Müxalifət

  • 1 853

Tural Abbaslının ittihamları Müsavatı dalana dirədi

image

TƏRS BAXIŞ

Arif Hacılı partiyada gəncləşmənin əleyhinədir

Uzun müddətdir ki, Müsavat partiyasını və rəhbərliyini ən sərt dəlillərlə ittiham edən keçmiş divan üzvü Tural Abbaslı bu dəfə də belə bir iddia ilə çıxış edib ki, başqan Arif Hacılı rəhbərlik etdiyi qurumda gəncləşmə siyasətinin aparılmasına qarşı çıxış edir. Belə ki, Müsavatdakı gənclərin bir çoxunun partiyadan ayrılması, o cümlədən, gənclər təşkilatının, ümumiyyətlə fəaliyyətinin dayandırılması qeyd edilən iddiaların doğruluğunu təsdiqləyir.

"Rəhbərlikdəki şəxslərin 90 faizi səriştəsizdir, 10 faiz səriştəsi olanlar isə yarıtmaz fəaliyyət göstərirlər"

T.Abbaslı sözlərini belə izah edib ki, partiyada siyasi uğur əldə etmək istəyində olan istənilən gənəcə ya xəbərdarlıq edilir, ya da onlar dərhal təşkilat sıralarından xaric olunurlar. Sitat: "Uzun illərdir formalaşmış gənclər təşkilatını, struktur və ənənələri məhv elədilər. Rəhbərlikdəki şəxslərin 90 faizi səriştəsizdir, 10 faiz səriştəsi olanlar isə yarıtmaz fəaliyyət göstərirlər. Artıq 1 il iki aydan çoxdur qurultay keçirilib, hələ də Müsavat partiyasının gənclər təşkilatı adında strukturu yoxdur".

Müsavatda avtoritar idarəçilik hökm sürür və bu rejimə uyğunlaşa bilməyən gənclərin əksəriyyəti orada qala bilmirlər

Beləliklə, T.Abbaslı hədəfi bilavasitə A.Hacılıya və onun ətrafına yönəltməklə, əslində onu vurğulayır ki, Müsavatda avtoritar idarəçilik hökm sürür və bu rejimə uyğunlaşa bilməyən gənclərin əksəriyyəti orada qala bilmirlər. Daha dəqiq desək, ya özləri gedirlər, ya da buna vadar olunurlar. Bu işdə isə başqan A.Hacılının yaxın ətrafı onun təlimatlarını həyata keçirir.

Əhliman Abbaslı və ətrafı Arif Hacılının saxtakarlıq yolları ilə başqan seçilməsinə qarşı çıxıb

Belə adamlardan biri də Müsavatın divan üzvü, hələ sabiq başqan İsa Qəmbərin vaxtından Arif Hacılı qruplaşmasının fəallarından olmuş Razim Əmiraslanlıdır. O, hər vəchlə T.Abbaslının ittihamlarını "malalamaqla" guya Müsavat daxilində "demokratik mühitin" mövcudluğunu isbatlamağa çalışıb. Ancaq hər ifadəsində öz yalanlarını daha da ifşa edib. Məsələn, Əmiraslanlı deyib ki, Müsavatın qurultayından sonra gənclər təşkilatının sədri istefa verib və Əhliman Abbaslıdan sonra yeni sədr seçilməyib: "Müəyyən problemlər yaransa da, partiyada yüzlərlə gənc var, gənclər təşkilatının yenidən formalaşdırılması və ümumi yığıncağın keçirilməsi üçün bir neçə aydır işlərə başlamışdıq, artıq işlərimiz yekunlaşıb..."

Bu zaman sual yaranır, nəyə görə məhz qurultay bitər-bitməz Müsavatın gənclər təşkilatının sədri istefaya gedib? Məsələ aydındır. Ona görə ki, Ə.Abbaslı və ətrafı A.Hacılının saxtakarlıq yolları ilə başqan seçilməsinə qarşı çıxıb. Bu səbəbdən də nümayişkəranə qaydada tərəfdarları ilə birgə qurumdan gedib.

Qarşıda "Ağ blok"-Müsavat çarpışması gözlənilir ki…

Razim Əmiraslanlı iddia edir ki, Tural Abbaslının yanında keçmiş müsavatçılardan uzağı 5 nəfər var. Ancaq görünən budur ki, o, yenə də yalan danışır. Çünki T.Abbaslı mətbuata açıqlamasında sübut kimi göstərərək deyib ki, onun tərəfdarlarının sayı çox yaxın müddətdə Müsavatdakıların sayını ötüb-keçəcək. Görünür, belə davam edərsə, T.Abbaslının yaratdığı "Ağ blok" Müsavata qarşı sərt mövqe sürməkdə dava edəcək. Bu amil həm də belə qənaətə gəlməyə əsas yaradır ki, çox yaxın zamanlarda Abbaslının Müsavat sıralarından çıxarılacağı da aktuallaşacaq. Beləliklə, qarşıda "Ağ blok"-Müsavat çarpışması gözlənilir ki, bu savaşda kimin qalib çıxacağını da zaman müəyyənləşdirəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər