PDF Oxu

Müxalifət

  • 2 000

Tural Abbaslı Müsavat rəhbərliyini TƏNQİD ETDİ

image

"Müsavatın uğur əldə edəcəyinə qətiyyən inanmıram"

"Müsavat partiyasının rəhbərliyi gözəl bilir ki, mən pafoslu çıxışlar etmirəm. Tənqidi ədalətli və yerində edirəm". Bu fikirləri SİA-ya Müsavat partiyasının keçmiş Divan üzvü Tural Abbaslı ona qarşı partiya rəhbərliyinin irəli sürdüyü ittihamlarını cavablandırarkən deyib.Belə ki, onun tənqidi fikiləri qarşı tərəfin qıcıqlanmasına səbəb olur: "Dolayısı ilə belə arqumentli tənqid onların səriştəsizliyini və bacarıqsızlığını ifşa etmiş olur. Odur ki, onlar bunun belə olmadığını və bizim guya ki, qərəzli olduğumuzu sübut etmək üçün canfəşanlıq edirlər.Əslində isə hər şey göz qabağındadır və hamı həqiqətləri bilir. Sadəcə olaraq özlərində iradə tapıb bu nöqsanları aradan qaldırmağa çalışmalıdırlar.Bunlar isə imitasiyanı davam etdirirlər. Odur ki,biz onların hansısa uğur əldə edə biləcəklərinə qətiyyən inanmıram. Hazırda özümüzün real siyasi mübarizəyə hesablanmış təşkilatımızı yaratmaq üzrə işlərimizi davam etdiririk".

sia.az

Digər xəbərlər