"Bacarırsansa, real işlər gör"
"Əslində burada heç bir təşkilatın yaradılmasından və ya formalaşdırılmasından söhbət belə gedə bilməz". SİA-nın xəbərinə görə, bu fikirləri Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı deyib.Müsavat Gənclər Təşkilatı Partiyanın Məclisinin təsdiq etdiyi Əsasnamə çərçivəsində fəaliyyət göstərir. Yəni MGT-nin idarə metodu, seçkilərin qaydaları və digər bütün münasibətlər burada təsbit olunub. Arif Hacılının təşkil etdiyi "ümumi yığıncaq" bu qaydaların heç birinə cavab vermir. Orada açıq şəkildə Müsavat GT-nin sədr tərəfindən idarə olunması göstərilib və digər seçkili orqanların seçilmə qaydaları aydın izah olunub. Odur ki, bu iclası yeni başqanın seçildikdən sonrakı "imitasiya" siyasətinin davamı hesab edirəm. Təbiidir ki, belə siyasətin heç bir uğurlu nəticəsi olmayacaq və olması mümkün deyil. Buradan Arif Hacılıya səslənirəm ki, artıq fədakar müsavatçıları mübarizə imitasiyası ilə aldatmağı durdursun və real işlərə başlasın. Təbii ki, bunu bacarırsa".
sia.az