PDF Oxu

Müxalifət

  • 1 783

AXCP sədri həbsdəki müavininə qarşı anti-kampaniya başladıb

image

SİYASİ RAKURS

AXCP sədri Əli Kərimlinin həbsdə olan müavini Fuad Qəhrəmanlı ilə bağlı şok planları üzə çıxıb. Bəlli olub ki, sosial şəbəkələrdə və bir sıra müxalifətyönlü saytlarda F.Qəhrəmanlını müdafiə edən qrupa dəstək kampaniyalarını dayanrımaq əmri verilib. Daha dəqiq desək, Ə.Kərimli bu vasitə ilə F.Qəhrəmanlıya qarşı anti-kampaniya vasitəsini başladıb. Bunu ona yaxın olanlardan biri adının açıqlanmaması şərti ilə deyib. Sitat: "AXCP sədri özünə yaxın bildiyi bir neçə nəfərlik çevrədə bildirib ki, sosial şəbəkələrdə və digər internet saytlarında F.Qəhrəmanlıya verilən virtual dəstək kampaniyasının tədricən aradan qaldırılmasını istədi. O, həbsdə olan F.Qəhrəmanlının müdafiəsini özü üçün təhlükə sayır və dini qruplarla əlaqədə olmasını pərdələmək istəyir."

Əli Kərimlinin son dönəmlərdə baş verənlərə qarşı radikal mövqe ortaya qoymaması da bundan qaynaqlanır

Görünən budur ki, Əli Kərimli ilk növbədə Fuad Qəhrəmanlının onunla heç bir məsləhətləşmə aparmadan Nardaran olayları zamanı Taleh Bağırzadənin ekstremist təşkilatına dəstək çağırışları etməsində iştirakçı olması faktını gizlətmək istəyir. Daha dəqiqi isə yanılmamağa cəhd göstərir.

Adının çəkilməsini istəməyən mənbənin də dediyinə əsaslansaq nəticəyə gələ bilərik ki, AXCP sədri bununla tərəfdarlarını inandırmaq üçün yenidən satqınçılıq ideyasını ortaya atır. Bu dəfə "ən yaxın silahdaşım" dediyi fərdə qarşı. Ə.Kərimli, həmçinin bu minvalla son zamanlarda diqqətini əsasən, ölkə daxilində baş verən proseslərə yönəltməyə cəhdlər göstərir, F.Qəhrəmanlı amilini isə unutdurmağa çalışır.

Fuad Qəhrəmanlının həbsə atılması Gözəl Bayramlının Əli Kərilmiyə qarşı apardığı mübarizə yolunu açıb

Beləlkilə, kifayət qədər nəticəyə gəlmək olar ki, Ə.Kərimli F.Qəhrəmanlının həbsindən sonra özünün də həbs olunacağından qorxur, həbs olunacağı təqdirdə, AXCP-nin tamamilə siyasi arenadan silinməsindən ehtiyat edir. Ə.Kərimli yaxşı anlayır ki, əgər həbs olunarsa, partiyasında onu müdafiə edəcək kimsə qalmayacaq. Çünki ona qarşı formalaşmış digər qrup var ki, həmin tərəfə müavini Gözəl Bayramlı rəhbərlik edir. G.Bayramlının isə əsas hədəfi məhz F.Qəhrəmanlı olub. AXCP-də qrup maraqları istiqamətində aparılan savaşlarda hər iki müavin ən sərt şəkildə bir-birinə qarşı çıxırdı. Məsələn, Əbülfəz Qurbanlının AXCP-dən çıxması məsələsində onun rəhbərliyi günahlandırmasına ən çox dəstək verən də G.Bayramlı olub. Həm buna, həm də digər məsələlərə görə, bu gün F.Qəhrəmanlının həbsə atılması isə G.Bayramlının yolunu açıb. Xüsusilə, Ə.Kərimlini partiya sədrliyindən çıxdaş edərək, onun postuna yiyələnmək istəyi Bayramlının çoxdankı arzusudur.

Əli Kərimlinin bu yolla hər hansı bir çıxış yolu tapa bilməsi də inandırıcı görünmür

Daha bir vacib məqama diqqət yetirək. AXCP sədri məhz sosial şəbəkələrdə ölkəyə dair problemləri qabardır və hakimiyyətə öz "təkliflərini" verir. O, bilavasitə nəzarətində saxladığı "Azadlıq" qəzetində ona görə məqalə yazmır ki, sıravi cəbhəçilər sonradan onun Fuad Qəhrəmanlını müdafiə etməməsinə iradlar bildirməsinlər.

Mənbənin sözlərinə görə, Əli Kərimli ümid edir ki, onun özünü loyal göstərməsinin daha bir məqsədi pasport almaq istəyidir. Sitat: "Avropa Məhkəməsi noyabrda məsələ ilə əlaqədar öz qərarını açıqlamalıydı. Lakin proses gecikir və indiki şərtlər daxilində Ə.Kərimli təxribatçı çıxışlarına görə, həbs təhlükəsindən özünü sığortalaya bilmir. Buna görə də, hakimiyyətə yönəldilmiş radikal çıxışlarına korrektə etmək yolunu tutub."

Beləlkilə, Ə.Kərimlinin F.Qəhrəmanlı məsələsində tutduğu mövqeyi və özünü yuxarıda qeyd edilən vasitələrlə sığortalama cəhdlərinin nəyə arxalandığını görmək çətinlik yaratmır. Lakin onun bu yolla hər hansı bir çıxış yolu tapa bilməsi də inandırıcı görünmür.

Rövşən RƏSULOV

Digər xəbərlər