PDF Oxu

Müxalifət

  • 1 915

Müxalifətin siması nədən ibarətdir?

image

Mais Səfərli: "Onlar açıq şəkildə deyirlər ki, hakimiyyətə gəlmək üçün hətta biz şeytanla da əməkdaşlıq edərik və etməyə də hazırıq"

Manatın ABŞ dollarına nisbətən bir qədər ucuzlaşmasından müxalifət və onların təsiri altında olan mətbu orqanlar öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Təbii ki, bunu siyasi- əxlaqi dəyərləri aşmaq kimi də qiymətləndirmək olar. Həm də, onu qeyd etmək olar ki, müxalifət hər fürsətdə öz məqsədləri üçün mövzu axtarır. Bu, bir növ "sapı özümüzdən olan baltaların özümüzə qarşı çevirməsi" kimi dəyərləndirmək olar. "Yurddaş" partiyasının sədri Mais Səfərli də, qəzetimizə açıqlamasında bildirdi ki, manatın kursunun dollara və avroya nisbətən ucuzlaşması Azərbaycan dövlətindən asılı olan bir məsələ deyil: "Yəni Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı çox normal ahənglə inkişaf edirdi. Bugünkü Azərbaycan iqtisadiyyatının da inkişafı hər bir azərbaycanlının süfrəsində, həyatında, şəhərlərimiz və kəndlərimizdə göz qabağındadır. Amma təəssüflər olsun ki, bu gün dünya bazarında belə bir böhran baş verib. Bu böhranın da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ciddi iqtisadi əsasları yoxdur. Bu, sadəcə olaraq, böyük güclərin planlaşdırdıqları proseslərin nəticələridir ki, gəlib bu günə düşüb. Belə olan halda, bütün dünya ölkələri əzab çəkir".

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın ən böyük sərvəti neft və qaz olduğundan, neft və qazın da ucuzlaşması bütövlükdə bizim iqtisadiyyatmıza və büdcəmizə təsir edir: "Lakin bugünkü gün müxalifət təmsilçilərinin özləri üçün şou düzəldərək, öz siyasi məqsədləri üçün istifadə etməsi heç bir siyasi etikaya sığmır. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti və onlatın təsiri altında olan QHT-lər məhz bu məsələdən öz siyasi məqsədləri üçün istifadə edirlər. Bu qətiyyən yolverilməzdir. Çünki bu, xalqımızın milli maraqlarına uyğun olan məsələ deyil".

"Ümumiyyətlə, müxalifətin dövlətmizə və xalqımıza qarşı qərəzli yanaşmasının səbəbi nədir" sualına cavabında M.Səfərli bildirdi ki, adlarını müxalifət qoymuş partiyalar bu gün partiya maraqlarından deyil, şəxsi maraqlardan çıxış edirlər: "Bugünkü müxalifət partiyaları, əsasən ayrı-ayrı şəxslərin ətrafında formalaşmış partiyalardır. Rəhbərlikdə olan şəxslərin ambisiyalarından və maraqlarından irəli gələn mövqelərindən çıxış edirlər. Əgər doğurdan da, müxalifət partiyaları normal partiyalar olaraq fəaliyyət göstərsəydilər, bu gün həmin müxalifətçilər bu cür xaos və anarxiyanın girdabında əzilməzdilər. Dağıdıcı müxalifətdə elə qüvvələr var ki, onlar açıq şəkildə deyirlər ki, hakimiyyətə gəlmək üçün hətta biz şeytanla da əməkdaşlıq edərik və etməyə də hazırıq. Belə olan halda, görün müxalifətin siması nədən ibarətdir? Ümumiyyətlə, müxalifətin nə etməsindən asılı olmayaraq, onların heç vaxt arzuları real olmayacaqdır".

GÜLYANƏ

Digər xəbərlər