PDF Oxu

Müxalifət

  • 2 121

Müxalifətçilərdən devalvasiya ilə bağlı ilginc fikirlər

image

"Müxalifətin bu proseslərə təsir gücü sıfıra bərabərdir"

Manatın dollara nisbətdə müəyyən qədər zəifləməsindən sonra bəzi dairələrdə belə rəy formalaşdırılmağa başlandı ki, ənənəvi dağıdıcı müxalifət kütləvi şəkildə mitinqlərə start verib, bu olaydan siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərəcək. Lakin bu baş vermədi və bir daha sübut olundu ki, əslində özü-özünü ayaqda saxlamağı bacarmayan müxalifət, ümumiyyətlə, heç bir prosesə təsir etmək gücündə deyil.

"Ağ Blok"un təsisçisi Tural Abbaslı: "İnanmıram ki, hansısa müxalifət partiyası məsuliyyəti öz üzərinə götürsün və xalqı mitinqə dəvət etsin"

Müsavat partiyasının sabiq divan üvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslının fikirncə, müxalifət faktiki olaraq tam çökmüş vəziyyətdədir: "Demək olar ki, siyasi təşkilatlar faktiki iflic vəziyyətindədir. Bu gün nəinki mitinqdə, hansısa partiya özünün tədbirlərində belə, üzvlərinin kütləviliyini təmin edə bilmir. Belə bir halda inanmıram ki, hansısa müxalifət partiyası məsuliyyəti öz üzərinə götürsün və xalqı mitinqə dəvət etsin. Nəzərə alsaq ki, keçirilən son 2-3 mitinq kütləvilik baxımından uğursuzluqla nəticələndi. Bundan sonra da həmin partiyalar qalan imiclərini qorumaq üçün çalışacaqlar."

Göründüyü kimi, uzun illər müxalifətdə olmalarına baxmayaraq, xalq qarşısında etimad qazana bilmədiklərini, o cümlədən, xalqın qarşısında olan borclarını yerinə yetirə bilməduklərini etiraf edən müxalifət liderləri düşərgənin istənilən prosesə təsiretmə qabiliyyətinin olmadığı qənaətindədirlər.

VİP rəsmisi Ramil Hüseynov: "Müxalifət çağırış etsə, xalq o çağırışa səs verməyəcək"

Müxalifət təmsilçisi - Vətəndaş və İnkişaf Partiyasının (VİP) icra aparatının rəhbəri Ramil Hüseynov isə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar siyasi əlildir: "Çünki həm xalqın etimadını itiriblər, xalq artıq müxalifətə etmad göstərmir. Müxalifət də çox gözəl bilir ki, öz tərəfdarlarını meydana çıxarsa və xalqa çağrış etsə, xalq o çağrışa gəlməyəcək. Çünki artıq o etimad yoxdur müxalifətə."

VİP rəsmisi hesab edir ki, müxalifətin proseslərə təsir gücü sıfıra bərabərdir: "Bütün bu kimi amillər bir daha belə deməyə zəmin yaradır ki, müxalifətin özü artıq heç nəyə qadir olmadığını etiraf etməklə, siyasi-ictimai səhnədən geri çəkilmək məcburiyyətində qaldığını gizlətmir."

Rövşən RƏSULOV

Digər xəbərlər