PDF Oxu

Müxalifət

  • 1 536

Müxalifəti növbəti iflas gözləyir

image

Manatın ABŞ dollarına nisbətən bir qədər ucuzlaşmasından müxalifət və onların təsiri altında olan mətbu orqanlar öz məkrli siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Təbii ki, bunu siyasi əxlaqi dəyərləri aşmaq kimi qiymətləndirmək olar. Həm də, onu qeyd etmək olar ki, müxalifət hər fürsətdə öz məqsədləri üçün mövzu axtarır. Bunu bir növ "sapı özümüzdən olan baltaların özümüzə qarşı çevirməsi" kimi də dəyərləndirmək olar. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət təmsilçiləri qaşınmayan yerdən qan çıxartmaq siyasəti yürüdür: "Yəni bu müxalifətin qarşısında hansı yolla olur-olsun ictimai-siyasi sabitliyi pozmaq durur. Müxalifət tərəfindən aparılan bu cür siyasətin də onlara heç vaxt istədiklərinə nail olmağa imkan verməyəcək. Çünki bu müxalifət artıq tükənib və heç bir siyasi gücə malik deyil. Bu baxımdan, indiki zamanda manatın ABŞ dollarına nisbətən bir qədər ucuzlaşmasından müxalifətin və onların təsiri altında olan mətbu orqanlar öz siyasi məqsədləri üçün istifadə etməyə çalışması heç bir siyasi etikaya sığmır. Ümumiyyətlə, siyasətdə bu cür addımları iyrənc adamlar hesab edirəm. Ən azından siyasətçisənsə sənin iqtisadiyyatdan da başın çıxmalıdır, dünyada gedən proseslərdə də başın çıxmalıdır və bunları təhlil edərək, nəticədə, ağıllı bir fikir ortaya qoymalısan. Amma bunlar əksinə edirlər. Bu məsələlərdən özlərinin kursuna uyğun olan kimi şişirdərək, müxtəlif şoular yaratmaqla məşğul olurlar".

T.Novruzovun sözlərinə görə, 1993-cü ildən bu günə qədər Azərbaycan müxalifəti üçün uğurlu il olmayıb: "Təbii ki, bundan sonra da müxalifətin siyasətdə uğur əldə etməsi mümkün deyil. Çünki onların ortaya ağıllı fikirlə qoymaq və nəyisə daha yaxşı eləmək və bununla da xalqı inandırmaq imkanları yoxdur. Xüsusilə də, özlərini cəmiyyətə, xalqa sevdirmək əvəzinə özlərini xaricdə olan anti-Azərbaycan qüvvələrinə sevdirmək siyasətini yürüdən bir müxalifət hansı uğuru əldə edə bilər ki? Əksinə, onlar daha da özlərini xalqın gözündən salırlar".

T.Novruzovun sözlərinə görə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil: "Adlarını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyətə normal ideyalar təqdim edə bilmirlərsə, həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Bugünkü müxalifətin çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Bütün bunlar müxalifətin sonu deməkdir. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifətin bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni biri-birini qırmağa yox, müxalifətin yeniləşməsinə çalışmalıdırlar. Əks təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".

GÜLYANƏ

Digər xəbərlər