PDF Oxu

Müxalifət

  • 1 644

Rəsul Quliyevdən müxalifətə Yeni İl "təbriki"

image

Və yaxud eks-spikerin fəallaşmasının pərdəarxası dövrü

Doğru deyiblər, tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir. Bir də, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. ABŞ-ın tanınmış siyasətçisi Avraam Linkoln siyasətçi tərifini belə verir:"Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir".

Azərbaycan siyasəti də deyilənlərdən xali deyil; gerçəkdən də təzadlarla doludur. Yalnız Azərbaycanda fiaskoya uğramış siyasətçilər yenidən revanş götürməyə cəhd edə bilərlər. Yalnız Azərbaycanda siyasət bu qədər eybəcər şəkil ala bilər. Ancaq Azərbaycanda həyatını özünün deyil, başqalarının səhvlərini tənqid etməyə sərf edə bilərsən.

Son zamanlar Azərbaycan siyasətində yenidən "Rəsul Quliyev fenomeni" yaşanmaqdadır. Belə ki, 1996-cı ildən ölkəni tərk edən, mühacir həyatı yaşayan keçmiş spiker R.Quliyev fəallaşmasının pərdəarxası dövrü bugünkü müxalifətin iç üzünü daha qabarıq şəkildə ortaya qoymaqdır.

Amerikada yaşayan eks-spiker müxalifəti yıxıb-sürüdü

Belə ki, zaman-zaman, xüsusilə seçkilər dövründə ənənəvi düşərgəni "asıb-kəsən" Rəsul Quliyev uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmamamsı və digər amillərlə əlaqələndirir. Məhz belə olan halda AXCP və Müsavat kimi partiyalar sabiq spikerin ittihamlarına aqressiv münasibət bəsləyir, əslində onun haqlı olaraq irəli sürdüyü düşüncələrini xəyanət kimi qiymətləndirirlər.

"İllərdir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara, böhtanlara əl atır. Müxalifət partiyaları məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər"- fikrini deyən R.Quliyev bildirib ki, bugünkü müxalifətin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir: "Artıq 50-60 yaşı haqlayan bugünkü fırıldaqçı müxalifət məqsədlərinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır. Bu gün belə bir yaramaz ideologiyaya söykənib eyni siyasətlərini 24 ildir davam etdirirlər. İndi onların müxalifətçilik imkanları sıfıra bərabərdir. Artıq insanlar onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Bu partiyalar bir-birlərinə qarşı münasibəti Fatmanisənin qonşusu ilə savaşı səviyyəsində qururlar, bir-birlərinə qarşı olmazın təhqir və söyüşlər yağdırırlar".

R.Quliyev vurğulayıb ki, artıq müxalifət düşərgəsindəki durum, həqiqətən də onların arxivə atıldığını sübut edir: "Belə olan halda seçkilərdə qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri doğurdan da həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər. Çünki nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür. Bu reallıqdır ki, Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti "Milli Şura" adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı. Heyç bir şey olmayan adlarla ortaya atılan səviyyəsiz müxalifət partiyaları liderlərinin istefa verməsi əhəmiyyətlidir".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər