PDF Oxu

Müxalifət

  • 3 723

AXCP əxlaqsızların qarşıdurma məkanına çevrilib

image

TƏRS BAXIŞ

Əli Kərimli isə partiya sədri kimi deyil, priton rəybəri kimi tanınmalıdır

Sirr deyil ki, Əli Kərimlinin rəhbəri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məhz onun sayəsində əxlaqsızılıq, söyüşmə və təhqir yuvasna çevrilib. O cümlədən, qruplararası qarşıdurmalardan da payını alan təhqir sindromu nəticə etibarilə ictimaiyyətə məlum hadisələrlə yekunlaşır. Onu da qeyd etmək yerinə düşərdi ki, əxlaqsızlıq maşınının sükanı da məhz sədr Əli Kərimlinin əlindədir. Onu bəyənməyənlərə qarşı total söyüş kampaniyalarını başladan AXCP sədri bu vasitə ilə partiyadaxili opponentlərini susduracağını zənn edir. Partiyadakı "missiyalarını" başa vurmuş Əbülfəz Qurbanlı, Razi Nurullayev, Rafiq Daşdəmirli və digər cəbhəçilər də eyni halla üzləməli olublar. Növbədə Əli Kərimlinin həbsdə olan müavini Fuad Qəhrəmanlının da olması şübhəsizdir. Onun yaxın zamanlarda partiya sıralarından istefaya gedəcəyini istisna etmək olmaz. Yəni sabah Əli Kərimlinin "sağ əli" hesab edilən Fuad Qəhrəmanlıya qarşı da eyni kampaniya başladılsa, bundan təəccüblənməyə dəyməz.

AXCP-də iki qadının bir kişi üstündə savaşı

Əxlaqsızılıq yalnız siyasi müstəvidə deyil, şəxsi zəmində də baş alıb-getməkdədir. Məsələn, AXCP-də iki qadının bir kişi üstündə savaşı belə qənaətə gəlməyə əsas verir. Mövzu isə belədir ki, bir-birlərini əxlaqsız adlandıran bu qadınlar özləri ən əxlaqsız ifadələrdən istifadə etməkdən çəkinmir, hər biri digərinə olmazın küfrləri yağdırırlar.

Məsələn, bir müddət öncə sosial şəbəkədə bir qrup üçün ciddi müzakirə obyekti olan, digərlərində isə ikrah hissi doğuran bu mövzu ondan başladı ki, cəbhəçi xanımlardan biri - Gülnarə Akifqızı partiya yoldaşı haqda ittiham dolu status paylaşdı. Onun Ülkər Kazımovanı ərini əlindən almaqda təqsirləndirməsi haqda statusu olduğu kimi təqdim edirik: "Deməli, burda bir xanım, ikiüzlü var. Həmişə ailəsindən, sadiqlikdən, bir sözlə, qeyrətdən dəm vururdu. Neçə gündür araşdırma aparıram, əsəb, stress keçirirəm. Hazırda da ürəyimin, əllərimin necə titrədiyini görəydiniz kaş. Ar olsun sənə ki, üzümə gülüb, "bacı" deyib, arxadan mənə zərbə vurursan. Sübutlarım da var, heç kəsə şər atmıram. Məni bu günə, belə vəziyyətə saldığın üçün səndən qisasımı çox pis alacağam. Bunları yazmaqda məqsədim odur ki, həmişə sadiqlikdən, qeyrətdən dəm vurur, ərini sevməyindən yazırdın. Sənin iç üzünü hamıya göstərəcəyəm. Hətta ərinə də. Bax, o da biləcək hər şeyi! Özümü sənə tanıdacağam!"

"Ərim həbsdərir, haqqında danışılan şəxs isə münasibətdə (?!) olduğum adamdır"

Məhz bundan sonra qızğın müzakirələr başlayır, statusun altında müxtəlif "ağılqoyan" rəylər, şərhlər yazılır. Cəbhəçi Gülnarə Akifqızı digər cəbhəçi Ülkər Kazımovaya hədə dolu mesajlar yazmaqdan yenə də çəkinmir, hətta onu ölümlə təhdid edərək, məhv edəcəyi ilə hədələyir. Bildirir ki, əlində faktlar var. Ülkər Kazımova isə haqqında deyilənləri inkar edib. Əlavə edib ki, Gülnarə Akifqızının haqqında danışdığı şəxs onun həyat yoldaşı deyil. Çünki onun əri həbsdədir. Bu şəxs isə, sadəcə, münasibətdə olduğu (??!!-R.N.) adamdır. Beləlkilə, bu söz-söhbətlərin ortasında demək olar ki, mövzunun kulminasiya nöqtəsi olan rəy yazılır və ortaya daha bir cəbhəçi çıxır - Gülnar Cahandar. O özündən fərqlənməyən cəbhəçi rəfiqələrinə məsləhət görür ki, söhbətlərini mitinqdən (həmin ərəfələrdə AXCP və "Milli Şura"nın mitinqi planlaşdırılmışdı-R.N.) sonraya saxlasınlar.

Partiya rəhbərliyinin şəxsi münasibətləri

Nəticədə, bu fakt belə deməyə qənaətə gəlməyə əsas verir ki, AXCP-də insani dəyərlər, ümumiyyətlə yoxdur. Partiya rəhbərliyini və funksionerləri üzvlərin yaşayış səviyyəsi, problemləri və başqa məsələlər maraqlandırmır. Onlar yalnız özlərini düşünür, varlıqlarının təsdiq vasitəsi hesab etdikləri mitinqlə maraqlanırlar. Mitinqdən öncə belə bir mövzunun açılmasını isə heç istəmirlər. Çünki artıq neçə illərdir ki, partiyada əxlaq anlayışının qalmadığı sübut olunub və buna bənzər məsələlər dəfələrlə onların iç üzünü açıb töküb. "Bu isə normal insanların AXCP-dən uzaqlaşmalarına, partiyanın olmayan nüfuzunun bir qədər də aşağı düşməsinə səbəb olub" deyə digər cəbhəçilər mitinq öncəsi belə məqamların qabardılmasını istəmirlər. Göründüyü kimi, onları keyfiyyət deyil, kəmiyyət maraqlandırır.

İstefaya gedən: "Tüpürüm sizin partiyanıza!"

Lakin bu da son deyil. Məsələn, məlum təhqir və tənqidlərdən sonra AXCP üzvləri ittiham olunan Ülkər Kazımovaya təzyiq göstərməyə başlayıblar və ondan bu partiyanın üzvü olmadığı haqda açıqlama yaymasını tələb ediblər. Bununla da AXCP Nəsimi rayon şöbəsinin üzvü olan sözügedən xanım belə təzyiq və təhqirlərə dözməyərək, partiyadan istefa verib və Gülnarə Akifqızının onu şantaj etdiyini bildirib: "Son bir neçə gündür Gülnarə Akifqızının mənə qarşı etdiklərinə görə çox insanlardan iradlar aldım. AXCP-nin rəsmi olaraq Nəsimi şöbəsinin üzvü olsam da, iradların hamısını öz əqidədaşlarımdan - cəbhəçilərdən aldım. Biri dedi ki, sənin Gülnarə ilə belə qırğınların partiya adına ləkədir. Biri dedi ki, Əli Kərimlinin nüfuzuna xələl gətirir. Axırda hamısı dedi ki, yalandan AXCP üzvü olmadığımı deyim. Lakin heç biri maraqlanmadı ki, sən bu partiyanın üzvüsən, problemin nədir? Belə çıxır ki, bunları üzvlərin problemi yox, partiyanın adı, xüsusilə də Əli Kərimlinin şəxsi mənafeyi və adı maraqlandırır. Tüpürüm sizin partiyanıza!"

Göründüyü kimi, AXCP-yə və Əli Kərimliyə tüpürüb partiyadan çıxanlar bir deyil, iki deyil, onların sayı onlarladır. Bu isə kifayət qədər sübut edir ki, əxlaqsızlıq yuvasına çevrilmiş bir siyasi təşkilatın ölkədə hər hansı bir məsələyə münasibət bildirməsi yolverilməzdir.

Rövşən NURƏDDİNOĞLU

P.S. Əslində, bir partiyadan öz azyaşlı qohumuna göz dikənlər çıxırsa, artıq oranı partiya deyil, priton adlandırmaq daha doğru seçim olardı. Ona görə də Əli Kərimli partiya sədri kimi deyil, priton rəybəri kimi tanınmalıdır.

Digər xəbərlər