Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov sualımızı cavablandırarkən deyib ki, ölkə müxalifət liderlərinin sosial şəbəkələrdə verdikləri təkliflərə, tövsiyələrə baxanda belə bir nəticə ortaya çıxır ki, hətta həmin müxalifət liderlərinin özləri nə dediklərini tam şəkildə anlaya bilmirlər: "Sadəcə olaraq, bir növ özlərinin varlıqlarını nümayiş etdirmək üçün bu cür anormal tövsiyə xarakterli məsləhətlər verir, digər dırnaqrarası, boğazdanyuxarı təkliflərlə çıxış edirlər. Əslində, müxalifətin özünə düşdüyü bu ağır vəziyyətdən çıxması üçün tövsiyə vermək lazımdır".
Təhmasiz Novruzov, həmçinin deyib ki, bu gün xalqımız yaxşını pisdən ayırmağı bilir: "Guya xalq bilmir ki, müxalifət nə etməyə qadirdir və onların iç üzü nədir? Əlbəttə, bilir ki, hər zaman olduğu kimi, bu dəfə də onlar tərəfindən irəli sürülən bu dırnaqrarası tövsiyələrdən, əsasən önların şəxsi maraqlarından irəli gələn bir məsələdir. Bu baxımdan da, xalqımızın heç bir siyasi gücü olmayan müxalifətin öz maraqlarına uyğun xarakter daşıyan tövsiyələrinə ehtiyacı yoxdur".
Mais Səfərli: "Bu kimi şəxslər heç vaxt özlərinə sərf etməyən çıxışlar etməyiblər və etməzlər"
Bu arada "Yurddaş" partiyasının sədri Mais Səfərli də maraqlı fikir söyləyib. O, öz növbəsində bildirib ki, müxalifət təmsilçiləri daim öz maraqlarına uyğun olaraq addımlar atmaqla məşğul olublar və olurlar: "Amma heç vaxt atdıqları bu addımların nə özləri, nə də digərləri üçün heç bir nəticəsi olmayıb. Bunun da ən əsas səbəbi indiki kimi yersiz hərəkətlərə əl ataraq özlərini xalqın gözündən salmalarıdır. Çünki bu kimi şəxslər heç vaxt özlərinə sərf etməyən çıxışlar etməyiblər və etməzlər. Yəni müxalifət liderlərinin sosial şəbəklər vasitəsi ilə müxtəlif tövsiyə xarakterli təklifləri çox səmərəsiz və heç bir mənası olmayan təkliflərdir. Sadəcə olaraq, bu cür savadsız şəkildə irəli sürülən tövsiyələrin səmərəsiz olduğu qənaətindəyəm".
Göründüyü kimi, buradan da açıq şəkildə görünür ki, özlərini "xalqın müxalifəti" kimi təqdim edənlər, əslində, şəxsi mənfəətlərini güdməklə məşğuldurlar.
GÜLYANƏ