Əli Kərimli "siyasi məhbus" adı ilə manipulyasiya edir
Yanvarın 7-də AXCP-nin Razi Nurullayevin rəhbərlik etdiyi qanadında "İctimai fikir akademiyası"nın keçirdiyi tədbirdə Ərəstun Oruclunun iştirak etməsi müxalifət düşərgəsindəki vəziyyəti daha da gərginləşdirib. Belə ki, Ərəstun Oruclunu Razi Nurullayevin təşkil etdiyi tədbirdə iştirakına görə qınayan Əli Kərimlinin tapşırığı ilə cəbhəçilər ona qarşı hücuma keçiblər. Sosial şəbəkələrdə Ə.Oruclunu "Qərbi, Şərqi araşdıran politoloq görəsən, Razi Nurullayevlə Ehtiram Mehdiyevi araşdıra bilməyibmi?" ironik sualı ilə çətin vəziyyətə salan şəbəkə istifadəçiləri onu təhqir etməkdən belə çəkinməyiblər. Əli Kərimlinin "siyasi məhbus"lar mövzusunun müzakirəsindən narahat olması başa düşüləndir. Əli Kərimli və dəstəsinə daxil olan adamlar illərdir bu mövzunu inhisarda saxlayıb, "siyasi məhbusları" müdaifə adı ilə beynəlxalq təşkilatlardan milyonlarla qrant alıblar.
Ehtiram Mehdiyev cəbhəçilərlə aralarında yaşanan növbəti münaqişədən danışarkən qeyd edib ki, Əli Kərimli və dəstəsinin "siyasi məhbus" adı altında əsl maxinasiya ilə məşğuldur: "Onlar müxalifətçilərin qanunları pozmasının, nəticədə, həbs olunmalarının tərəfdarıdırlar. Çünki Əli Kərimli bu yolla xaricdən ciddi maliyyə dəstəyi alır. "Siyasi məhbus" adı altında qazandıqları ilə özünə bütün şəraiti yaradıb. Adlarından istifadə etdiyi adamların ailəsinə isə bi qəpik belə verməyib".
Ortaya isə daha maraqlı bir fakt çıxıb. Belə ki, sosial şəbəkələrdə "Ərəstun Oruclu ilə ciddi mübahisə yaradan Seva Melikova" adlı profil sahibinin, əslində Əli Kərimli olduğu ortaya çıxıb. Sən demə, AXCP sədri qadın profili ilə Ərəstun Oruclunun ünvanına təhqirlər yazırmış. Keçmiş cəbhəçi Rüfət Quliyevin "SƏS"ə bildirdiyinə görə, Əli Kərimli onlarla qadın profilindən istifadə edir: "Hətta hər profilin emailni və və kodlarını ayrıca bir vərəqə yazıb. Kəmalə Bənənyarlının adına olan profil çoxdur və onlardan 3-ü Əli Kərimlinindir". R.Quliyevin dediyinə görə, sosial şəbəkələrdə "Seva Melikova" adlı profilin sahibi nə yazıbsa, eyni sözləri Əli Kərimli bir neçə gün öncə cəbhəçilərlə söhbətində deyib. Ona görə də bu profilin Əli Kərimliyə məxsus olması heç kimdə şübhə doğurmur.
Seva Melikova: "Maraqlıdır, Şərqi, Qərbi və digər qitələri "araşdırmağı" bacaran Ərəstun müəllim Razi Nurullayevlə Ehtiram Mehdiyevi araşdıra bilməyibmi? Hər halda Ərəstun müəllim kimi bir politoloqun bunları bilməməsinə inanmaq çox sadəlövhlük olardı. Buradan belə bir nəticəyə gəlmək olar ki, bunları bilib sırf hökumətdən istiqamət alan bir QHT-nin tədbirində iştirak edib sonra da hökuməti tənqid edib özünü müxalifət kimi göstərmək maskalanamaqdan başqa bir şey deyil.
Ərəstun Oruclu: "Seva Melikova adlı profildən yazan "demokratcığaz!" Əvvəla, maraqlıdır, sizlərin saxta profillərinin 90%-i qadınların adınadır?"
R.Quliyev "SƏS" qəzetinə maraqlı bir informasiya verib. Onun verdiyi məlumata görə, Əli Kərimli əfv siyahısında "siyasi məhbus"ların adları çıxmayanda, evində qonaqlıq təşkil edibmiş.
Samir