PDF Oxu

Müxalifət

  • 1 901

AXCP: "Əli Kərimli bizi qısqanır" MÜNASİBƏT

image

"Hər zaman hakimiyyət uğrunda deyil, ana müxalifət olmaq uğrunda mübarizə aparan, hakimiyyətə gedən yolu öz maneə səddi ilə bağlayan, özündən başqa kimsəni görmək istəməyən, reallıqdan kənar, uduzmağı həzm etməyən Əli Kərimli sürətlə enişini həzm etmir". Bu fikirləri SİA-ya Razi Nurullayevin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Cavid Musazadə Əli Kərimli və onun yaxın çevrəsi tərəfindən sosial şəbəkədə Ərəstun Orucluya qarşı təhqiramiz fikirlər səsləndirmələrinə münasibət bildirərkən deyib.AXCP-nin sədr müavini bildirib ki, son zamanlarda irəli sürülmüş ictimai fikir akademiyası layihəsi Əli Kərimlidə qısqanclıq yaradır: "İndi də Ərəstun Oruclu bizim tədbirimizdə iştirak etdiyi üçün onların söyüş maşınının hədəfinə tuş gəlib. Bu yolla öz aləmlərində ziyalılara görk, təsir etməyə çalışırlar. Guya demək istəyirlər ki, Razi bəyə yaxınlaşan bunların aləmində vurulacaq. Biz belə anormal təfəkkürün kimsəyə uğur gətirməyəcəyini, onları batdıqları yerdən bir az da dərinə göndərəcəyini, bu yolun səhv yol olduğunu yaxşı dərk edirik. Uzun zaman bu üsullarla müəyyən mənada düşmənçilik yaradaraq, insanlara təsir edərək aparılan bu yanlış, dağıdıcı siyasət günümüzün gücsüz müxalifətini, qaragüruh təşkilatlarını labüd edib. Dar düşüncəli insanlar əhatələrindəki çevrəni daraldaraq kiçilib yox olmaqla qarşı-qarşıyadırlar. Ona görə də onları çox gündəmə gətirib ömür verməyi məqsədə uyğun hesab etmirik".

sia.az

Digər xəbərlər