PDF Oxu

Müxalifət

  • 3 982

AXCP-də terrorçuluq küləyi

image

Əli Kərimli əmisi oğlunu terrora səsləyir

AXCP sədri Əli Kərimlinin müxalifətçilik pərdəsi altında qisasçılıq ideologiyası ilə çıxış etməsi kimsəyə sirr deyil və onun məqsədi də məhz qisaçılıq prinsipi üzərində qurulub. Belə ki, Fransada yaşayan AXCP funksioneri terrorçu şəbəkənin hərəkətlərinə haqq qazandıran bəyanatlarla çıxış etməsi və tarixin ən qəddar qruplaşmalarından olan "İŞİD"i ölkəmizə dəvət etməsi Əli Kərmlinin radikal olmasını bir daha göstərir. Nəzərə alsaq ki, İnqilab Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur, burada maraqlı məqamların olmasının da şahidi olarıq. Sirr deyil ki, AXCP fəallarının sosial şəbəkələrdəki aktivliyinə Əli Kərimli özü nəzarət edir və bir çox hallarda tapşırıqlar verib, statuslara da müdaxilə edir.

Əgər noyabrın 26-da Nardaranda baş verən qanlı terror təxribatına diqqət yetirsək, görərik ki, Tale Bağırzadənin "Milli Şura"nın üzvü olması, eləcə də bu qurumun başbilənləri - Cəmil Həsənlinin, Əli Kərimlinin adıçəkilən terrorçuya münasibətlərində onu müdafiə etmələri də belə deməyə əsas verir ki, gah "demokratiya", gah da "teokratiya" adı altında "siyasət" yürüdən bu şəxslərin məqsədi, hansı çirkin üsullarla olursa-olsun, hakimiyyəti ələ keçirməkdən ibarətdir. Əbəs yerə deyil ki, "Milli Şura" və AXCP sədrlərinin ardınca, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da radikalizm siyasətindən terrora keçidi dəstəklədiyini gizlətməyib.

Kim Tale Bağırzadəni dəstəkləmirsə, şiə deyil?

Məsələn, AXCP sədrinin müavini, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Fuad Qəhrəmanlı sosial şəbəkədə Nardaranda həbs olunan Tale Bağırzadənin və onun terrorçu qruplaşmasının üzvlərinə dəstək verməyən nardaranlıları, o cümlədən, terrordan kənar dayanan inanclı kəsimi heç bir əsası olmadan ittiham edib, bununla da təxribatçı şüarlar səsləndirib. "Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər? Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyn dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız..."

Təxribatçı fikirlərinin sonunda "Məhərrəmlik ayında məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz" kimi ifadələrə yer alan Əli Kərimlinin sevimli müavini bununla inanclı kəsimi küçələrə çıxmağa səsləyib. Beləlkilə, günü-gündən daha aydın şəkildə xarici həmin qüvvələrə işləyən milli satqınların iç üzü aşkarlanıb.

Bu, Əli Kərimlinin xarici qüvvələrə işləyərək Azərbaycanda qarışıqlıq yaratmaqla bağlı atdığı birinci addım deyil

AXCP sədri heç də birinci dəfə belə bir xəyanət yolunu tutmayıb. Məsələn, Əli Kərimli vaxtilə Qənimət Zahidi İrana anti -Azərbaycan meyilli qüvvələrlə görüşlərə göndərib, eləcə də Rusiyanın qaranlıq, mənfur qüvvələri ilə də əməkdaşlıq edib. Yəni indi də Əli Kərimli, faktiki olaraq, radikal dindarlara dəstək verib və verir. Belə ki, dünyanı qorxuda saxlayan bu terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İnqilab Kərimovun "İŞİD"i Azərbaycanda da vəhşiliklər törətməyə dəvət etməsi artıq radikalizmin ən pik nöqtəsidir. Artıq Əli Kərimlinin əmisi oğlu və əsas silahdaşı olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə də ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir, lənətlənir. Onu da deyək ki, Fransadan siyasi sığınacaq alsa da, İnqilab Kərimov hazırda da AXCP-nin rəhbər strukturlarında təmsil olunur. AXCP-nin gerçək mahiyyətini ortaya qoyan Əli Kərimlinin əmioğlusunun bu hərəkətindən sonra AXCP sədrinin demokratiyadan dəm vuracağı gülüş doğurur. Çünki belə adamlar və onların liderləri ölkəni, xalqı istənilən qara qəpiyə satarlar. Bu qalmaqalın üstündən bir neçə gün keçməsinə baxmayaraq, AXCP rəhbərliyi bəyanat verərək, bu biabırçı bəyanatı pislədiyini, ona rəsmən qoşulmadığını bəyan etməyib. Bu da o deməkdir ki, başda Əli Kərimli olmaqla, təşkilat bu bəyanatı qəbul edir. Qısası, radikalların başında duran Əli Kərimlinin bu olaya hələ də susması artıq təəccüb doğurmamalıdır. Əlbəttə ki, Əli Kərimlinin ətrafından ya bu cür, ya da digər qeyri-insani davranışları görəndə, təəccüblənmək lazım deyil. Çünki əxlaqsızlıq, söyüş, şərəfsizlik kimi amillər deyərkən, ilk növbədə, Əli Kərimli və onun yaxın ətrafı zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər