Əli Kərimli indi də bu vasitə ilə diqqəti öz üzərinə çəkməyə çalışır
AXCP-nin mətbu orqanı kimi tanınan "Azadlıq" qəzetinin haray-şüvənçiliyi barədə çox yəqin ki, ictimai rəydə kifayət qədər məlumatlar var və hal-hazırda da bu qəzetin dövlətçilik maraqları əleyhinə yazılar dərc etməsi, cəbhəçi funksionerlərin həmin istiqamətdə dəridən-qabıqdan çıxmaları, bununla da düşmən dəyirmanına su tökmələri bu qəzetin "ideyası" olub. Əslində, "Azadlıq"dan başqa hər hansı işi də gözləmək olmaz. AXCP sədrinin "Yurd" markalı keyfiyyətsiz xəmiri ilə ilə yoğrulmuş "Azadlıq" adlı şər-böhtan və sabotajçı qəzeti öz ləyaqətsizlik missiyasını davam etdirməkdədir. Ancaq hər dəfə bu missiyasını reallaşdıran Əli Kərimli həmin günün səhəri ifşa edilir, ortaya qoyulan sübut və dəlillər isə belə qənaətə gəlməyə əsas yaradır ki, qozbeli qəbir düzəltsə belə, Əli Kərimlini heç qəbir də düzəldən deyil. Bu, onun çirkablı-viruslu qanına hopmuş bir məsələdir.
Ləyaqətsizlik simvolu - "Azadlıq" qəzeti
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, ləyaqətsizlik simvolu olan "Azadlıq" qəzeti Azərbaycanın böyük uğurlarını görmək cəsarətinə malik olmadığı üçün ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd edib və edir.
Maraqlıdır, görəsən, millətdən, xalqdan danışmaqdan usanmayan "Azadlığ"ın qeyri-rəsmi baş redaktoru Əli Kərimli Azərbaycanla bağlı böhtanlı informasiyaların qəzetdə getməsinə qol qoyarkən heç özündə, bir balaca da olsa, utanc hissi keçiribmi? Fəqət, ləyaqətsizlərdə düşüncə nə gəzir ki? Yəni "Azadlıq" qəzetinin və onun rəhbərliyinin, yazarlarının düşüncələri olsa idi, heç ləyaqətsiz də olmazdılar. Ancaq bu ad onlara çox yaraşır, hətta çox yaraşır.
Əli Kərimli "Azadlıq" qəzetinə edilən maliyyə yardımını mənimsəyib
Ə.Kərimli öz təsir dairəsində olan "Azadlıq" qəzetindən də sui-isitifadə etməklə öz şəxsi maraqlarını həyata keçirərək, necə deyərlər, "Azadlığ"ı pis günə qoydu. Belə ki, Ə.Kərimli "Azadlıq" qəzeti və AXCP üçün xaric və daxildən ayrılan qrantları mənimsəyir. O, partiya və qəzeti şəxsi gəlir mənbəyinə çevirib. Əli Kərimli iddia edə bilər ki, o, siyasət adamıdır, əsas gəliri də bu sahədən gəlir. AXCP sədri də partiyadan ayrılandan sonra hansı vəsait hesabına yaşamağı götür-qoy edir. Ortada olan müəmma da ondan ibarətdir ki, Əli Kərimli sosial həyatını təmin etmək üçün başqa sahədə özünü təsdiq edə bilməz. Dünya praktikasından da məlumdur ki, həmişə siyasətdən kənarlaşan adamların əksəriyyəti siyasi təcrübələri haqqında kitablar yazaraq qazanc yerləri əldə edirlər, yaxud da təqaüdə çıxaraq dövlət tərəfindən ayrılan pullar hesabına yaşayırlar. Amma Əli Kərimlinin həmin siyasətçilərdən fərqi odur ki, partiya sədri siyasətçi deyil. Heç vaxt bu işlə məşğul olmayıb. Belə bir təsəvvür etmək də olar ki, Əli Kərimli istefa verib və kitab yazır. Bu yazıq, görəsən, nə yazacaq? Bu adamın heç siyasi təcrübəsi və fəaliyyətinin arxivində adını ağa çıxaracaq material da yoxdur.
Qeyd etdiyimiz bu və digər faktlar ölkə müxalifətinin, bu düşərgədə təmsil olunan Əli Kərimli kimi "liderlərin" əsl kimliyinin göstəricisidir. Uzun illərdir insanları aldatmağa çalışan, şəxsi maraqlarını milli maraqlardan üstün tutan Əli Kərimli kimi ünsürlər hətta öz "silahdaşlarına" belə xəyanət etməkdən çəkinmirlər.
Eyni zamanda, onu da vurğulamaq yerinə düşər ki, bu gün "Azadlığ"ın nəşrinin dayandırılmasını başqa yerdə axtarmağa belə dəyməz. Çünki səbəbi bəllidir. Nə qədər ki, Ə.Kərimli "Azadlıq" qəzeti və AXCP üçün xaric və daxildən ayrılan qrantları mənimsəyir, "Azadlığ"ın işıq üzü görəcəyi şübhə altındadır. Çünki o partiya və qəzeti şəxsi gəlir mənbəyinə çevirib. Doğrudur, Əli Kərimli iddia edə bilər ki, o, siyasət adamıdır, əsas gəliri də bu sahədən gəlir. AXCP sədri də partiyadan ayrılandan sonra hansı vəsait hesabına yaşamağı götür-qoy edir. Ortada olan müəmma da ondan ibarətdir ki, Əli Kərimli sosial həyatını təmin etmək üçün başqa sahədə özünü təsdiq edə bilməz. Dünya praktikasından da məlumdur ki, həmişə siyasətdən kənarlaşan adamların əksəriyyəti siyasi təcrübələri haqqında kitablar yazaraq qazanc yerləri əldə edirlər, yaxud da təqaüdə çıxaraq dövlət tərəfindən ayrılan pullar hesabına yaşayırlar. Amma Əli Kərimlinin həmin siyasətçilərdən fərqi odur ki, partiya sədri siyasətçi deyil. Heç vaxt bu işlə məşğul olmayıb. Belə bir təsəvvür etmək də olar ki, Əli Kərimli istefa verib və kitab yazır. Bu yazıq, görəsən, nə yazacaq? Bu adamın heç siyasi təcrübəsi və fəaliyyətinin arxivində adını ağa çıxaracaq material da yoxdur.
Qeyd etdiyimiz bu və digər faktlar ölkə müxalifətinin, bu düşərgədə təmsil olunan Əli Kərimli kimi "liderlərin" əsl kimliyinin göstəricisidir. Uzun illərdir ki, insanları aldatmağa çalışan, şəxsi maraqlarını milli maraqlardan üstün tutan Əli Kərimli kimi ünsürlər, hətta öz "silahdaşlarına" belə xəyanət etməkdən çəkinmirlər.
Ü.ƏSGƏROV