PDF Oxu

Müxalifət

  • 2 262

Müxalifətin ifşası növbəti parçalanmalara yol açacaq

image

Ənənəvi müxalifətin ənənəvi pozuculuğa cəhd fəaliyyəti cəmiyyətdə bu üzdəniraq məxluqlara qarşı münasibətin daha kəskin xarakter almasına gətirib çıxarıb. Son proseslər bir daha təsdiq etdi ki, müxalifətin üzdəniraq liderlərinin ümummilli maraqlara qarşı dağıdıcı mövqe tutmaqda bir fürsət axtarırlar. Məqam yetişdikdə insan cildindən çıxaraq canavar xislətlərini ortaya qoyurlar. Təbii ki, müxalifət liderlərinin müstəqil olmadıqları bəlli olduğundan, pozuculuq cəhdi aktlarının arxasında yerli və xarici maraqlı qüvvələrin də dayandığı şübhəsizdir. Bunu manatın məzənnəsi ətrafında yaranan məlum vəziyyətdən sonra bəzi rayonlarda etiraz aksiyalarına cəhdlərdə Müsavat və AXCP liderlərinin təşkilatçı qismində ortada görünmələrinə münasibət bildirərkən, əksər müstəqil ekspertlər Müsavat və AXCP yetkililərinin bəzi xarici qüvvələrin təlimatlandırdığını qeyd etmələri də təsdiq edir. Eləcə də, baş prokurorluğun və daxili işlər nazirliyinin birgə yaydıqları bəyanatlarda da icazəsiz etiraz aksiyalarının arxasında dini radikal qruplaşmaların, eləcə də, siyasi qüvvələrin dayandıqları vurğulanır.

Baş verənlərə və rəsmi qurumların açıqlamalarına əsasən demək olar ki, müxalifətin dağıdıcı qanadının manatın məzənnəsi ilə bağlı verilən qərardan sonra bəzi sənaye və ərzağ məhsullarında qiymət artımına özlərinin dar düşüncələrinə məxsus mövqe nümayiş etdirmələri xalqa zərər vermək, mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdindən başqa bir şey deyil. Fakt budur ki, dünyada qlobal maliyyə böhranı fonunda bütün məhsullarda qiymət artımları baş verib. Yalnız onu vurğulamaq olar ki, qonşu Rusiyada ərzaq və kənd təsərrüfatı məhsullarında qiymət artımı 120-150 faiz təşkil edir. Dünya iqtisadiyyatının müəyyən hissəsini təşkil edən Çində milli valyuta-yuan devalivasiyaya uğrayıb. Əksər məhsullarda qiymət artımı baş verib. Eləcə də, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrdə ciddi maliyyə böhranı baş verib. Bütün bunların fonunda dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda da, cuzi də olsa manatın məzənnəsində geriləmənin olması, qiymətlərdə artımın baş verməsi təbii haldır. Bundan siyasi məqsədlər üçün istifadə etmək siyasi məkrlilikdən, dövlətə və dövlətçiliyə qarşı çıxmaqdan başqa bir şey sayıla bilməz.

Müxalifətin məkrli planları iflasa uğrayır

Riyakarlığın simvolu ondan ibarətdir ki, AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı utanıb-çəkinmədən iddia edirlər ki, Siyəzən və Lənkəranda bir qrup öyrədilmiş şəxsin icazəsiz akiyalar keçirməkdə rolu və göstərişi olmayıb. Hətta A.Hacılı qeyd edib ki, aksiyaların təşkili üçün onların maraqları yoxdur. Bununla belə A.Hacılı "Facebook" sosial şəbəkədə paylaşdığı statusda aksiyalara dəstək verdiklərini və aksiyaların keçirilməsi üçün partiya strukturlarının bir araya gələcəyini bəyan edib. Ziddiyyətli mövqe ilə A.Hacılı özlərini ifşa etmiş olur. Həm nəzərə almaq lazımdır ki, artıq Lənkəran hüquq-mühafizə orqanları Müsavatın və AXCP-nin yerli şöbəsinin sədrlərini icazəsiz aksiyalar təşkil etməkdə və insanları qarşıdurmalar yaratmaqda ittiham edərək saxlayıblar. Artıq onlar yerli məhkəmənin qərarı ilə bir ay saxlanılıblar. Təbii ki, müxalifət liderləri öz ənənəvi xislətlərinə uyğun olaraq hay-küy qaldırmaqda, süni ajiotaj yaradıb xaricdəki öz himayədarlarına müraciət etmələri baş verməkdədir. Bu faktın özü də təsdiq edir ki, müxalifətçilər fəaliyyətlərini xarici anti-Azərbaycan mövqeli qüvvələrlə birgə qururlar. Yəqin ki, yaxın günlərdə "Fredom Hause", "Human Rigts" və bu kimi Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən təşkilatlar dağıdıcı müxalifətin mövqeyinə uyğun açıqlama yayacaqlar. Amma dağıdıcı müxalifətin və xarici quvvələrin nə demələrindən, hansı açıqlamaları yaymalarından asılı olmayaraq Azərbaycan öz yolundan dönməyəcək. Bu yol isə hər kəsə bəlli olan yoldur. Düzlük, ədalət, haqqa əsaslanan, xalqın və dövlətin maraqlarına söykənən yoldur.

İ.ƏLİYEV

Digər xəbərlər