TƏRS BAXIŞ
Və ya "Milli Şura"nın "fəxri sədrinin" həftəlik gəlin oyunu
Cəbhə sədri Əli Kərimli və onun siyasi kuklası, "Milli Şura"nın Cəmil Həsənli adlı sədri artıq bir-birlərinə gözaydınlığı verə bilərlər. Çünki uzun müddətdir ki, gözlərdən itən "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyov həftəlik gəlinlər kimi necə deyərlər, üzə çıxdı. Demək, 2013-cü ilin prezident seçkilərindən sonra aradan-bərədən itən İbrahimbəyovun budəfəki ortaya çıxdısı, həqiqətən də məhz təzə gəlinlərin ərə getmələrindən sonra üzə çıxdısına bənzədi və sən demə, Rüstəm İbrahimbəyovun üzə çıxmasına səbəb manatın dollara nisbətdə ucuzlaşması olub. Bu səbəbdən də "utana-utana" üzə çıxıb. Ancaq bəzi təzə gəlinlərdən fərqli olaraq həyasızlıq edib. Məsələn, üzə çıxan kimi hakimiyyətə qara yaxmağa çalışıb.
Təzə gəlin burada bir daha sübuta yetirib ki, çoxsaylı ərlərinin tapşırıqlarını yerinə yetirib
Özünü axmaqlığa qoyaraq deyib ki, sən demə dolların manata nisbətdə ucuzlaşması "qeyri-demokratik siyasətin" (?!-R.R.) nəticəsidir. Fikir verin, bir tərəfdən deyir ki, dünyada vəziyyət bir qədər (?-R.R.) ağırdır, lakin bizim ölkə (maraqlıdır, əgər o, Azərbaycanı öz ölkəsi hesab edirsə, nəyə görə iki ildən çoxdur buraya təşrif buyurmur?-R.R.) digər neft ölkələrindən fərlqi olaraq daha ağır vəziyyətdədir...
Təzə gəlin burada bir daha sübuta yetirib ki, onun işi siyasət deyil, çoxsaylı ərlərinin tapşırıqlarını yerinə yetirib, əmrləri qarşısında müntəzir dayanmasıdır. Görək sonra nə deyir. Deyir ki, Azərbaycan öz iqtisadiyyatını elə qurmalı idi ki, neftdən asılılıq minimuma ensin və s. Bu adam hələ də anlamır ki, dünyada gedən istənilən qlobal proses hər bir ölkəyə öz təsirini göstərir. Ancaq unudur ki, əgər Azərbaycanda qeyri-neft sektoru, həqiqətən də yox səviyyəsində olsaydı, onda dediyi kimi nəticələr baş verərdi. Ancaq göründüyü kimi, heç də belə deyil və ölkə rəhbərliyi müvafiq addımlarını atır, bundan sonra da atacaq. Rüstəm İbrahimbəyov"a" elə bilir ki, onun düşüncələri ölkədə "rezonans" doğuracaq və hamı bu qoca və axmaq "gəlinin" nə qədər işbilən olduğunu sanacaq. Ancaq nahaq yerə. Nahaq yerə ona görə ki, o, hələ də xarici ərlərinin Azərbaycana sanksiyalar tədbiq edəcəkləri ilə bağlı utopiyalara uyur. Hətta erməni bacılıqları kimi sevinir ki, sanksiyalar qəbul edilərsə, ölkə iqtyisadiyyatımız bundan zərər görəcək. Əgər belədirsə, yəni təzəgəlin İbrahimbəyov"a" niyə narahat olub və həftəsi tamam olan kimi üzə çıxıb? Heç olmasa, bir az da gözləyərdi. Nə isə "gözünüz aydın!", təzə gəlin üzə çıxdı. Görəsən bu üzsüz gəlin neçənci dəfə üzəçıxdılıq edir?
Rövşən RƏSULOV