"Bu səviyyədə düşüncəsiz və səviyyəsiz müxalifət görməmişəm"
Son günlər ölkədə manatın devalivasiyası ilə bağlı müxalifətin mitinqlər keçirmək istəyi uzun illər Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevin manatın devalivasiyası ilə bağlı düşünülməmiş açıqlamalarını, mitinq keçirmək istəklərini tənqid edərək bildirir ki, 23 ildir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara və böhtanlara əl atır: "Bu yalan və böhtanları ilə indi də devalivasiya ilə bağlı boş-boş hay-küy salırlar. Müxalifət bilməlidir ki, bütün dünya ölkələrində neçə illərdir ki, iqtisadi böhran dövrünü yaşadığı halda bu gün müxalifətin manatın devalivasiya ilə bağlı hay-küy salması ancaq öz siyasi istəklərini həyata keçirməkdən savayı bir şey deyil: "Müxalifət məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır" ideologiyasına söykənib eyni siyasətlərini 24 ildir ki, davam etdirirlər.
Belə bir yolu ideologiya kimi qəbul etmiş müxalifətçilərin xalqın inam və ümidini mütləq şəkildə itirəcəklərinə şübhə ola bilməzdi. İndi onların müxalifətçilik imkanları sıfıra bərabərdir. İnsanlar artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Ancaq gənc yaşlarından yalan pafoslu şüarlarla, demoqogik çıxışları ilə diqqəti cəlb etməyə öyrənmişlərin hamısı bir-birlərinə qarşı münasibəti Fatmanisənin qonşusu ilə savaşı səviyyəsində qururlar, bir-birlərinə qarşı olmazın təhqir və söyüşünü yağdırırlar".
R.Quliyev əlavə edib ki, nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür: "Bu səviyyədə düşüncəsiz və səviyyəsiz müxalifət görmədim. Elə buna görə də müxalifətin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir".
R.Quliyev daha sonra bildirib ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz: "Belə nəticə çıxartmaq lazımdır ki, müxalifət hesab edilmək üçün gərək heç bir işlə məşğul olmayasan, hərdənbir azadlıq qışqırıb tufeyli həyat sürəsən. Əgər müxalifətçiliyi özünə peşə seçmisənsə, istənilən bir qurumda ömrünün axırına qədər oturacaqsan. Əgər məqsədin ölkədə demokratiyaya nail olmaqdırsa, bu artıq peşə deyildir, mövqedir, qələbə çalana qədər cəhdlərinin müxtəlif variantlar və vasitələrlə baş verməsi təbiidir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə elementar anlayışları başa düşən müxalifət yoxdur. Onlar bu kimi vasitələrlə onsuz da xalqdan təcrid olunublar. Nə yaxşı ki, onlarla deyiləm".
R.Quliyev bunula müxalifətdə olduğunu desə də, belə müxalifəti dəstəkləmədiyini, bundan sonra da onları ifşa edəcəyini deyib.
R.HÜSEYNOVA