PDF Oxu

Müxalifət

  • 4 018

Ermənistanda vəziyyət yenə qarışdı

image

Hakimiyyət xalqa divan tutdu

Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplunu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Amma görünür, dekabrın 6-da Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün keçirilən referendumdan sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan hələ erməni xalqını çox illər kölə vəziyyətində saxlamaq istəyir. Ancaq erməni xalqı ölkənin prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçməsini qəbul etməyərək, oturaq aksiyaları davam etdirməyə başlayıb.

Mitinqdə 150-dən çox insan yaralanıb

Erməni mətbuatının verdiyi məlumata görə yanvarın 10-da axşam radələrində Yerevanda baş vermiş güclü partlayış nəticəsində 150 nəfərdən çox insan yaralanıb, yüzlərlə aksiya iştirakçısı həbs edilib. Erməni mətbuatının məlumatına görə, şəhərin mərkəzi meydanında hakim partiyanın seçkiqabağı mitinq zamanı qazla doldurulmuş hava şarları partlayıb. Şahidlərin sözlərinə görə, bir neçə on metr uzunluğunda şar toplusu birbaşa toplanmış kütlənin başı üzərində partlayıb. Hadisənin səbəbi müəyyənləşdirilir, ilkin ehtimallara əsasən mitinq iştirakçılarından biri söndürülməmiş siqareti şarlara doğru tutub.

Zirayr Səfilyan: "Cinayətkar rejimə son qoyulmalıdır"

"Yeni Ermənistan" hərəkatının lideri Zirayr Səfilyan bildirib ki, bu gün Ermənistanda cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq: "Qaniçən Sarkisyan hakimiyyətdə olduğu bu illər ərzində ancaq xalqa zülm edib. Ölkənin prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçməsi də Sarkisyanın növbəti hiyləsidir. Cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq, oturaq aksiyaları davam etdirəcəyik. Rejimin devrilməsi çox uzun zaman alsa da, biz bunu bacarmalıyıq".

Zirayr Səfilyan onu da açıqlayıb ki, mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, "Ermənistan politoloqlar ittifaqı" hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şuarı isə "Dur, ayağa Ermənistan!"dır. Z.Səfilyan onu da bildirib ki, bundan əvvəl Ermənistanda elektrik enerjisi tarifinin qaldırılmasına qarşı aksiyalar "Ayağa qalx, Ermənistan" hərəkatının fəalları tərəfindən təşkil edilmişdi.

Faktlar və rəqəmlər işğalçı ölkənin süqutunu təsdiqləyir

Ötən ilin uğursuzluğu işğalçı ölkənin 2016-cı ildə də uğursuz olacağını sübut edir. 2014-cü ildə Ermənistan əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm ötən il artaraq 48 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir və bu faktlar isə 2016-cı ildə sosial partlayışın qaçılmaz olacağını təsdiqləyir. Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə keçən ilin ilk 7 ayı ərzində bu ölkəni 83 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir.

Tələblər dəyişilməz qalıb

Tələb isə birdir - növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, Seçki Məcəlləsində seçkilərə qədər köklü dəyişikliklərin edilməsi, 2008-ci il martın 1-də nümayişçilərin qətlə yetirilməsinə görə günahkarların cəzalandırılması, Erməni Milli Konqresinin həbsdə olan fəallarının buraxılması, Yerevanda küçə ticarətinə qoyulmuş qadağanın götürülməsi kimi tələblər yer alır.

Ter-Petrosyan təklif edib ki, fasiləsiz aksiyaların nə zaman başa çatacağı ilə bağlı müddət qoyulsun. İlkin olaraq aksiyaları bir həftə davam etdirmək nəzərdə tutulur. Əgər bu müddət ərzində müxalifətin tələbləri qəbul olunmasa, o zaman Erməni Milli Konqresi hakimiyyətə təzyiq etmək üçün sonrakı addımları müəyyənləşdirəcək. Müxalifət mitinqləri davam etdirməklə yanaşı hakimiyyətlə Erməni Milli Konqresi fəallarından birinin həbsinə görə kəsilmiş dialoqu da bərpa etməyə hazırdır. Hakim Respublika Partiyasından isə deyiblər ki, müxalifətin danışıqların bərpasına dair təklifi öyrənilir və ona münasibət bildiriləcək. Ancaq erməni xalqı bu dəfə də Sarkisyan rejiminin bu vədinin yalan olduğunu bildiklərini deyirlər. Bütün bunlar isə Ermənistanın 2015-ci ildə daha ciddi böhrana doğru sürükləndiyini bir daha təsdiq edir.

Göründüyü kimi, Serj Sarkisyanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Gec-tez məlum olacaq ki, erməni xalqının əsl düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ermənistan cəmiyyəti xilas yolunu özü tapmalıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər