PDF Oxu

Müxalifət

  • 2 225

AXCP və Müsavat yalnız öz məqsədlərini güdür

image

Onların digər müxalifət partiyaları tərəfindən təşkil edilən tədbirlərə qatılmamaları belə deməyə əsas verir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat kimi partiyalar öz aralarında hansının "ana müxalifət" təşkilatı olmasını uzun illərdən bəri müəyyənləşdirməmələri ilə yanaşı, digər müxalifət partiyalarının tədbirlərinə qatılmağı da özlərinə rəva görmürlər. "Əsəs partiya mənəm" kontekstindən çıxş edən AXCP və Müsavat başqa müxalif qurumların tədbirlərinə qatılmamaqla guya özlərini "böyük" göstərməyə cəhd etsələr də, əslində, bu vasitəylə daha da kiçilmiş vəziyyətə düşürlər. Məsələn, ötən həftə "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinin təşkilatçılğı ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında tədbir keçirilib və həmin tədbirdə "Aydınlar", KXCP, Liberal Demokrat Partiyası (LDP), Böyük Azərbaycan Partiyası (BAP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və "Azadlıq" partiyasının nümayəndələri iştirak edib. Tədbirin mövzusu isə son aylar neftin dünya bazarında ucuzlaşması səsəbindən dünyada müşahidə olunan qlobal iqtisadi böhran və onun ölkəmizə təsiri mövzusunda olub. Göründüyü kimi, mövzu öz aktuallığına görə maraqlı olub və ictimai rəydə, mətbuatda da bu amil gündəlik fikir mübadilələri ilə müşahidə olunur.

Əhməd Oruc: "Yaponiyada hansısa beynəlxalq təsisatların təşkil etdikləri toplantıda iştirak etməyə hazırdırlar, lakin 20-30 il müddətində bunlarla birgə mübarizə aparan partiyaların tədbirlərinə qatılmırlar"

Lakin məsələ yalnız mövzunun aktuallığında, yaxud hansı partiya sədrinin necə fikir bildirməsində deyil, məsələ həm də ondadır ki, müxalifət partiyalarının bu cür tədbirlərinə, yuxarıda da qeyd edildiyi kimi, AXCP və Müsavat partiyalarının qatılmamalarıdır.

Baxmayaraq ki, "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinə daxil olan partiyalarla yanaşı, həmin tədbirə qonaq qismində Xalq Azadlıq Partiyasının (XAP) sədri Valeh Mirzəyev, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə qatılıb. Azərbaycan Xalq Partiyasını (AXP) isə sədr Pənah Hüseynin müavini əvəzləyib. Baxmayaraq ki, toplantı iqtisadi məsələlərə həsr olunub, amma orada ekspertlərin də iştirakı baş tutmayıb.

Müsavat və AXCP ilə yanaşı, Azərbaycan Demokrat partiyası (ADP), Azərbaycan Liberla Partiyası (ALP), "Ümid", Azad Azərbaycan Demokrat Partiyası (AzDP) kimi təşkilatlar da sözügedən tədbiri boykot edib. Məhz bu vəziyyətdə tədbirin təşkilatçısı - "Azadıq" partiyasının sədri Əhməd Oruc sərt münasibət bildirib. O deyib ki, həm mətbuat, həm də telefon vasitəsi ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların sədrləri toplantıya dəvət edilib: "AXCP və Müsavat istisna olmaqla digər təşkilatlar tədbirdə bu və ya digər formatda təmsil olunublar. Əslində, bu, faciədir. Bu partiyaları daima tədbirlərə dəvət edirik. Ancaq gəlmirlər. Özləri də keçirdikləri tədbirlərə bizi dəvət etmirlər. Təsəvvür edin ki, bunlar az qala gedib Yaponiyada hansısa beynəlxalq təsisatların təşkil etdiyi toplantıda iştirak etməyə hazırdırlar, lakin 20-30 il müddətində bunlarla birgə mübarizə aparan partiyaların tədbirlərinə qatılmırlar. Bu, sağalmaz bir xəstəlikdir. Onlar uzaqdan-uzağa özlərini yaxşı formada xalqa təqdim edirlər. Lakin hamı bir araya gələndə, kimin kim olduğu bəlli olur".

"Lider" partiya iddiaları bundan sonra onların digər görünməyən tərəflərini də tam çılpaqlığı ilə üzə çıxarmış olacaq

Əhməd Orucun da fikirlərindən belə nəticəyə gəlmək olar ki, AXCP və Müsavat kimi birincilik uğrunda bir-birlərinə qənim kəslilən partiyalar cərəyan edən hadisələrlə bağlı səsləndirdikləri boş-boş fikiləri ilə, sadəcə gündəmdə qalmağı düşünürlər və onları maraqlandıran əsas məsələ xarici siyasi dairələr qarşısında xal toplamaqdır. Yəni bənzər tədbir istənilən Qərb ölkələrinin birində baş tutsaydı, həmin partiyaların rəsmiləri dərhal oraya səfər edər, ölkənin maraqlarını satar və vicdanları az da olsa sızlamaz. Ancaq ölkədə keçirilən müxalifət tədbirinə (!-R.R.) qatılmamaqları ilə öz iç üzlərini ifşa edir, bununla da kim olduqlarını sübut edirlər. Görünür, "lider" partiya iddiaları bundan sonra onların digər görünməyən tərəflərini də tam çılpaqlığı ilə üzə çıxarmış olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər