PDF Oxu

Müxalifət

  • 1 776

Əli Kərimli harda bir topa adam görür, qaçıb durur qabağında ki...

image

Köşə

"Bu müxalifət nə vaxta qədər belə qeyri-ciddi və rəzil durumda olacaq? Deməli, 20 Yanvarla bağlı bugünkü matəm yürüşündə qaçıb dayanıblar kütlənin ilk sırasında və səhərdən burada şəkillər paylaşırlar - guya arxadakı kütlə müxalifətin tərəfdarlarıdı. Xalqı aldatdınız, özünüzü niyə aldadırsınız..?" Eynulla Fətullayev belə deyir. 20 yanvar günü eşitdiyim ən cəsarətli fikirlərdən biri idi. Amma üstündən bir müddət keçəndən sonra, həqiqətən də vəziyyətin bu yerdə olduğunu hər kəs bilmiş oldu. Deməli, hadisə belə baş verib: xalq Şəhidlər Xiyabanına axışır, əllərində də qərənfil. Əli Kərimli isə beş-on nəfər tərəfdarı ilə Şəhidlər Xiyabanının girişində pusquda dayanıb. İnsanların sayı çoxalan kimi Əli Kərimli tez gedib camaatın qabağında durur ki, "xalq arxamdadır". Ardınca da "Azadlıq" qəzeti bir şəkli paylaşıb yazır ki, "Milli Şura şəhidləri ziyarət etdi..." Bu qədər yersiz və məntiqsiz bir şou və reklam AXCP sədrinin nəyinə lazımdır axı? Bu adam heç olmasa ildə bir gün, xalqın ən ağır günündə bircə dəfə də olsun şəxsi ambisiyalarından əl çəkməyəcəkmi!? Əli bəy, sənin elədiklərini, ucuz reklamlarını heç şou biznes nümayəndələri də eləmir.

Lap dəhşətlisi bundan sonra başladı. İnsanlar hər şeyi görürdülər. Ona görə də hər kəs bu rəzilliyi sosial şəbəkələrdə qınadı. Ancaq cəbhəçilər qeyri-əxlaqi hərəkətləri ilə növbəti dəfə hədəfə tuş gəldilər. Cəbhəçilər üçün insanları, azad söz deyənləri təhqir etmək heç də çətin deyil. Bəs hanı bu gədə-güdələrin demokratiyası? İllərdir "demokratiya", "azadlıq" və "söz azadlığı" qışqıran cəbhəçilər Əli Kərimlini tənqid edənləri niyə təmkinlə qarşılamır və dözüm nümayiş etdirmirlər? Budurmu sizin demokratiyanız?

İstedadlı dostumuz Kəramət Böyükçölün "Əli Kərimli harda bir topa adam görür, qaçıb durur qabağında ki, xalq mənim arxamdadır" statusuna görə onu öülmlə də hədələdiniz, hələ bir "vətən xaini" də çıxardınız. Kim cəbhəçi deyilsə, sizin kimi düşünmürsə, vətən xainidirmi? Üzündə daha çox qadın simptomlarını daşıyan, daim dişləri bayırda qalan liderinizin azacıq tənqidinə dözə bilmirsinizsə, sizlərdən demokratmı olar? Elə layiq olduğunuz yerdəsiniz.

Samir

P.S. Bir dəhşət də baş verdi. Gültəkin Hacıbəyli özünün və Əli Kərimlinin ziyarət şəklini paylaşıb yazır ki, "bu nə vaxt çəkilib?" Bu adamlar dünən harda olduqlarını da unudurlar...

Digər xəbərlər