Mais Səfərli: "Müxalifət çox zəif olduğundan xarici maraqlı dairələrin tapşırıqlarını yerinə yetirmək imkanında deyil "
Son günlər müxalifətin xarici maraqlı qüvvələrdən asılı olan liderləri birləşmək, bir olmaq təklifləri ilə çıxış edirlər. Amma bunun fonunda təkliflərə sərt təpkilər də var. Xüsusi ilə də, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanının müavini Osman Kazımov, AXCP sədri Əli Kərimli və digərləri bir-birinə ünvanlanan ittihamlarla çıxış edirlər. ADP sədri S.Cəlaloğlu O.Kazımovun və İ.Həmidovun müxalifətin birləşməsi ideyalarını uğursuz ideya adlandırıb. Bildirib ki, zamnında Əli Kərimli və İsa Qəmbər arasında gedən düşmənçilik bu gün də davam edir. Eləcə də, Ə.Kərimli "Milli Şura" olduğu halda müxalifətin yeni bir birliyiniə ehtiyac olmadığını deməklə, İsa Qəmbər, Arif Hacılı və digərləri ilə eyni yolu getmək fikrində olmadığını bildirib. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin müstəqil fəaliyyət göstərmək gücü olmadığından və böyük himayədarları kənara çəkildikdə, partiya funksinerləri bir-birilərni qırırlar: "Həmişə müxalif partiyalar dağınıq və xaotik şəkildə fəaliyyət göstəriblr. Heç vaxt onlar arasında normal münasibətlər olmayıb. Düzdür, zaman-zaman onlar tərəfindən müəyyən birliklər yaradılıb, amma bu birliklər uzunömürlü olmayıb. Çünki indiki müxalifət partiayalrının yaranma tarixinə fikir versək, görərik ki, onlar ayrı-ayrı şəxslərin ətrafında yaranmış siyasi təkilatlardır. Yəni siyasi nəzəriyyələrdə nəzərdə tutulduğu kimi, ayrı-yarı siyasi qrupları birləşdirən, demokratik prinsiplər əsasında yaradılan və fəaliyyət göstərən partiyalar deyillər. Onların əksəriyyəti, xüsusilə də, dağıdıcı müxalifət partiyaları ayrı-ayrı şəxslərin ətrafında formalaşmış təşkilatlardır. Partiyalar həmin şəxslərin idarəçiliyindədir. Bir sözlə, həmin partiyalar da o şəxslərin iddialarından və şəxsi maraqlarından asılıdır. Bu baxımdan da, müxalifət partiyalarının birləşməsi heç vaxt mümkün olmayıb və olmayacaq da".
"İddialara görə, bəzi xarici maraqlı dairələr müxalifətin birləşməsi üçün böyük məbləğdə maliyyə vəsaiti ayırıb. Maliyyə yardımı hesabına müxalifətin birləşməsi nə dərəcədə mümkündür" sualını cavablandıran partiya sədri bildirdi ki, hər zaman xaricdə olan bəzi qüvvələr çalışırlar ki, Azərbaycanda müxalifət partiyaları ilə əməkdaşlıq etsinlər: "O qüvvələr Azərbaycanda nə isə bir xoşagəlməz bir vəziyyət yaratmaq üçün bu və ya digər siyasi təşkilatlardan istifədə etməyə çalışıblar. Amma onların bu istəkləri baş tutmayıb. İndiki zamanda isə həmin xarici qüvvələr də müxalifətçilərdən öz siyasi maraqlarını ölkəmizdə həyata keçirməsi üçün istifadə etmək istəmirlər. Çünki müxalifət cox zəif olduğundan xarici maraqlı dairələrin tapşırıqlarını yerinə yetirmək imkanında deyil".
GÜLYANƏ