SİYASİ RAKURS
Pənah Hüseynin maraqları nədən ibarətdir?
Bu günlərdə müxalifət düşərgəsində olan partiyaların bir qismi - 14 siyasi təşkilat (onlardan çoxu qovluq və sədrdən ibarət olanlardır - R.R.) bir araya toplaşaraq, sözdə "antiböhran" yollarını aramaqla məşğul oldular. Lakin həmin toplantıda gözlənildiyi kimi, nə AXCP, nə də Müsavat iştirak etmədi və bu cür müxalifət toplantılarına adıçəkilən partiyaların hansı səbəbdən qatılmamaları barədə uzun-uzadı qeydlər aparmağa da dəyməz. Çünki onların mövqeyi barədə siyasi ictimaiyyətdə kifayət qədər məlumatlar mövcuddur.
Həmin partiyaların "antiböhran" toplantısı adı altında ortaya hər hansı bir ağıllı fikir ortaya qoymaları bəribaşdan inandırıcı görünmürdü
Lakin 14 müxalifət partiyasının dünyada baş verən qlobal iqtisadi böhran və həmin böhranın Azərbaycanla bağlı təsiri, eləcə də bu təsirin aradan qaldırılması ilə bağlı "baş sındırmaları", sözün həqiqi mənasında, istehza doğurmaqdadır. Ona görə istehza doğurmaqdadır ki, bu partiyaların əksər çoxluğunu heç cəmiyyət, ictimai rəy də tanımır. O cümlədən, bu partiyaların ölkənin hər hansı ictimai-siyasi hadisələrinə təsir etmək imkanları yoxdur.
Hansı ki, bu gün özlərini müxalifətin aparıcı partiyaları olduqlarını israrla isbatlamağa çalışan AXCP və Müsavat kimi təşkilatlar belə, siyasi proseslərdən təcrid olublar. Daha doğrusu, həmin partiyaların liderləri apardıqları yanlış siyasətləri üzündən təşkilatlarını fəaliyyətisiz duruma doğru sürükləyiblər. O ki qaldı yerdə qalan digər müxalifət partiyalarına, onların vəziyyəti eyni, həmçinin daha acınacaqlıdır. Bu baxımdan, həmin partiyaların "antiböhran" toplantısı adı altında hər hansı bir ağıllı fikir ortaya qoymaları bəribaşdan inandırıcı görünmürdü.
Küçədə 21-ci əsrin ikinci onilliyinin yarısı geridə qalıb, bunlar isə hələ də "xalq hərəkatı" formalaşdırıb, guya ölkəni "düzəldəcəklərini" xəyal edirlər
Bu arada AXP sədri Pənah Hüseyn sözügedən toplantıda sonra mətbuata çıxaraq, 14 müxalifət partiyasının "işçi qrupu" (?!-R.R.) yaratmaq qərarına gəldiklərini deyib. Bu zaman belə bir sual yaranır: çoxusunun bir qovluq və bir sədrdən ibarət olduğu partiyalar özlərini ayaq üzərində saxlaya bilmirlərsə, bəs onda dünyada və ölkədə baş verən hadisələrə necə, hansı cür və fərqli təsir etmək qabiliyyətinə malik olacaqlar? Əgər onlar bu qədər siyasi təcrübəyə malik olan partiyalardırsa, ən azından siyasi gündəmdə qalmağı bacarar, daha hamısı bir yerə toplaşaraq, ümumi görüntü yaratmazdılar. Yəni hər şey heç də Pənah Hüseynin düşündüyü, yaxud ictimai rəyə sırımağa çalışdığı kimi deyil. Ona görə ki, 14 partiyanın heç biri siyasi gücə malik olan təşkilatlar deyillər.
AXP sədri deyir ki, 14 siyasi partiya rəhbəri "xalq hərəkatının" yaradılması ilə bağlı, yəni indiki iqtisadi böhran vəziyyətində "milli gücün səfərbər olunması baxımdan kütləvi hərəkata ehtiyac yaranır" (?!-R.R.). Daim utopik xəyallarına dalan Pənah Hüseynin və ona bu məsələdə dəstək göstərənlərin hələ də meydan təfəkküründən ayrılmadıqları, qaragüruhçu düşüncələrdən uzaqlaşmadıqları aşkar şəkildə görünməkdədir. Küçədə 21-ci əsrin ikinci onilliyinin yarısı geridə qalıb, bunlar isə hələ də "xalq hərəkatı" formalaşdırıb, guya ölkəni "düzəldəcəklərini" xəyal edirlər. Əslində, məntiqsizlik və boş xülyalara hesablanmış bu addıma heç ictimaiyyət tərəfindən də maraq göstərilmədi.
Məsələn, biz jurnalist olaraq, bununla bağlı bir sıra siyasi ekspertlərə sual ünvanladıq və hansı cavabı alsaq yaxşıdır? Həmin cavabları ümumiləşdirib belə bir nəticəyə gəldik - CİDDİ MƏSƏLƏLƏRLƏ BAĞLI SUALLAR VERİN, SİZİN SUALLARINIZ QEYRİ-CİDDİ CAMEƏ HAQQINDADIR...Buyurun, bu da sizə Pənah Hüseynin və 14 siyasi "cırtdan"ın "xalq hərəkatı"!
Rövşən RƏSULOV
Ümumiyyətlə, Pənah Hüseynin nəyə görə bu məsələdə ortaya çıxması və bu qədər canfəşanlıq etməsi, maraq göstərməsi də istər-istəməz sual yaradır ki, əcəba, nəyə görə o, dünənə qədər ortalıqlarda görünmürdü, ancaq indi adları "partiya" olan 14 "cıtrdan" qurumu öz ətrafına cəlb etməyə cəhdlər göstərir? Bu sualın cavabı isə bəsitdir. Pənah Hüseyn bir neçə ay öncə özünü ümummüxalifətin "lideri" ola biləcəyini, bu yükün altına görə biləcəyini iddia etmişdi. Görünür, indi özünün də təşkilata daxil olmaqla, 14 "cırtdan" partiyanı "xalq hərəkatı" adı altında birləşdirib "liderliyə" daha yaxın olduğunu hesab edir. Necə deyərlər, xəyal etmək günah deyil...