PDF Oxu

Müxalifət

  • 2 693

Əli Kərimli azsaylı tərəfdarları arasında özünü "lider" hesab edir

image

Rəfail Becanov: "Əli Kərimli heç vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının legitim sədri olmayıb"

Satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Elə Azərbaycanın müasir siyasi səhnəsində də buna dair kifayət qədər nümunə var.

"Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub". Bu sözləri "SƏS" qəzetinə açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev deyib. Onun sözlərinə görə, Ə.Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: "Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Ancaq bilmək lazımdır ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki alqı-satqı obyekti olaraq çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duyurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar".

Rəfail Becanov: "Əli Kərimli AXCP-nin adını mənimsəyib və monopoliyaya alıb"

AXCP EQTK-nin üzvü Rəfail Becanov isə bildirib ki, Əli Kərimli heç vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının legitim sədri olmayıb: "Nə 2000-ci ildə, nə 2002-ci ildə, nə də 2015-ci ildə. Sadəcə olaraq, bu adam AXCP-nin adını mənimsəyib və monopoliyaya alıb. Hər zaman Xalq Cəbhəsinin rayon şöbələri 70-in 30-a nisbətində parçalanıb və Əli Kərimlini tərk edib. Belə olan halda, AXCP-nin adını daşıyan qurultay heç bir legitimlik daşıya bilməz.18 oktyabr Dövlət Müstəqilliyi Günüdür. Hesab edirəm ki, həmin gün keçiriləcək qurultay Azərbaycan siyasətinə yeni bir xətt, yeni bir cərəyan gətirə biləcək".

AXCP-nin mətbu orqanı kimi tanınan "Azadlıq" qəzetinin haray-şivənçiliyi barədə, çox yəqin ki, ictimai rəydə kifayət qədər məlumatlar var və hal-hazırda da bu qəzetin dövlətçilik maraqları əleyhinə yazılar dərc etməsi, cəbhəçi funksionerlərin həmin istiqamətdə dəridən-qabıqdan çıxmaları, bununla da düşmən dəyirmanına su tökmələri bu qəzetin "ideyası" olub. Əslində, "Azadlıq"dan başqa hər hansı işi gözləmək də olmaz. AXCP sədrinin "Yurd" markalı keyfiyyətsiz xəmiri ilə ilə yoğrulmuş "Azadlıq" adlı şər-böhtan və sabotajçı qəzet öz ləyaqətsizlik missiyasını davam etdirməkdədir. Ancaq hər dəfə bu missiyasını reallaşdıran Əli Kərimli həmin günün səhəri ifşa edilir, ortaya qoyulan sübut və dəlillər isə belə qənaətə gəlməyə əsas yaradır ki, qozbeli qəbir düzəltsə belə, Əli Kərimlini heç qəbir də düzəldən deyil. Bu, onun çirkablı, viruslu qanına hopmuş bir məsələdir.

Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də məhz odur.

Ü.ƏSGƏROV

Digər xəbərlər