PDF Oxu

Müxalifət

  • 1 823

Keçmiş səfir Kozlariç bir çox mühüm məqamı unudur

image

"Azərbaycanda qeyri-qanuni və çirkli biznes yaratmağına icazə verilmədiyinə görə Kozlariç belə danışır"

"World Politics Review" portalı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ilə müsahibə dərc edib. Keçmiş səfir qlobal enerji qiymətlərinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirini izah edir və vurğulayır ki, indiki durum iqtisadiyyatın 20 ildən çox enerji gəlirlərindən asılılığının göstəricisidir və Azərbaycana yüz milyardlarla pul gəlib, bu gəlirin kiçicik bir hissəsi isə Bakıda saxta bir çiçəklənmə görüntüsü yaradıb. Ən zidiyyətli məqam isə, Kozlariçin "Azərbaycan pulları müdafiəyə xərclədi" deməsidir. Kozlariçin "pulların müdafiəyə xərclənməsi" fikrindən başlayaq.

"Möhtərəm" keçmiş səfir, əvvəla, siz bir mühüm məqamı- Azərbaycanın torpaqlarının işğal altında olduğunu, mütəmadi olaraq erməni silahlı birləşmələri tərəfindən sərhəddə yerləşən kəndlərimizə, postlarımıza açılan atəş nəticəsində həyatını itirmiş mülki insanları və hərbçiləri qulaqardına vurursunuz. Düzdür, Azərbaycan ermənilərə öz yerini göstərir, necə deyərlər, bizim bir itkimiz olursa, ermənilər yüz itki verir. Ancaq erməni terrorçularının açdığı atəş nəticəsində insanlar zərər çəkir, atəşkəs pozulur, sülh danışıqlarına xələl gəlir. Bundan başqa, sizin kimi "türk düşmənləri"nin sayəsində Ermənistan bir neçə dövlət tərəfindən təmənnasız olaraq silahlandırılır. Sizcə, biz nə etməliyik? Torpaqları işğal altında olan dövlət müdafiəyə daha çox pul xərcləməlidir, yoxsa işğalçı? Təbii ki, sizin planlarınızda bir erməni dığası o qədər qiymətlidir ki, Əfqanıstanda və İraqda qətlə yetirdiyiniz körpə uşaqlar heç yadınıza da düşmür. Biz müdaifəyə xərclənən pullar, aparılan düzgün siyasət nəticəsində qüdrətli Azərbaycan Ordusu yaratmışıq. Ordumuz istənilən həmləyə cavaba verməyə, ərazilərimizi, sərhədlərimizi qorumağa hazırdır. Sizin dilinizdə desək, Azərbaycan 20 il öncəki dövlət deyil! Bu gün masa ətrafında oturmasa, bir çox beynəlxalq layihələr, sadəcə kağız üzərində qalar. Qısası, müdafiəmizi gücləndirmək bizim haqqımızdır, düz edirik!

"Möhtərəm" keçmiş səfir Kozlariç, deyirsiniz ki, Azərbaycana yüz milyardlara pul gəlib və pullar infrastruktura, layihələr, sizin dediyiniz kimi, guya Bakının saxta çiçəklənməsinə sərf olunub. İddianızın birinci tərəfindən danışaq. Əvvəla, Azərbaycan pulları layihələrə, sosial proqramlara, infrastruktura xərcləməli idi və düzgün tətbiqini də tapıb. Yox, əgər siz bununla qeyri-neft sektorunu nəzərdə tutursunuzsa, o zaman aydınlıq gətirin: ölkənizə məxsus onlarla şirkət Azərbaycanda qeyri-neft sektorunda, müxtəlif sahələr üzrə fəaliyyət göstərir, sizcə, bu, nədir? Hələ digər ölkələri demirəm. Biz sosial layihələrə çox pul xərcləmişik. Bu pullar xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edib. Bizim vətəndaşlar sizin vətəndaşlar kimi orta məktəblərdə telefon, notebok, televizor alveri etmir və ya sosial problemlər ucbatından hər gün Ağ Evə edilən hücumların sayını hesablasaq, yaddaşımız silinər. O ki qaldı Bakının saxta çiçəklənməsinə... məncə, qısqanmaq lazım deyil. Sizi gözübağlı gətirib Bakıya tullasaq, "saxta çiçənlənmə" deməyəcəksən. Necə ki, əvvəllər səfir işləyəndə, demirdin. Çox maraqlıdır, Kozlariç səfir işləyəndə, günün yarıdan çoxunu şəhərdə gəzirdi. Bəyənmirdinsə, niyə gəzirdin? Xüsusilə də, İçərişəhərdə təndir çörəyi ilə pendir yeməyi özünə gündəlik həyat tərzi seçən bu adam indi nəyimizi bəyənmir?

Amma bir fakt hər kəsin yadındadır. Kozlariç səfir kimi geri çağrılandan sonra Azərbaycanda biznes qurmağa cəhd etmişdi. Bu haqda mətbuatda da yazılar getmişdi. Bir sözlə, havayı pula yiyələnmək istəyirmiş. Ancaq icazə verilməyib. Bu adamın nə üçün belə danışdığı aydın olmurmu?

Samir

Digər xəbərlər