PDF Oxu

Müxalifət

  • 5 677

Emin Hüseynov kimi xəyanətkarların Azərbaycandan danışmağa haqqı varmı?

image

Leyla Yunus, Xədicə İsmayıl kimi satqınları müdafiə edəndən başqa heç nə gözləmək olmaz

Zaman-zaman Azərbaycan dövlətinin əleyhinə çıxış edərək, bu vasitədən maddi rifahı üçün yararlanan xəyanətkar adamlardan biri də qondarma hüquq müdafiəçisi Emin Hüseynovdur. Bu gün onu siyasi gündəmdən xəbərdar olanların çoxu tanıyır. Daha dəqiq desək, Emin Hüseynovun hələ Azərbaycanda "Eurovision" Mahnı Müsabiqəsi keçirilməmişdən öncə digər ermənipərəst hüquq müdafiəçisi Leyla Yunus və başqaları ilə əlbir olub xarici jurnalistlər qarşısında ölkəmiz barədə mənfi rəy yaratmaq cəhdləri hələ də hafizələrədədir. Xüsusilə, həmin dövlrədə erməni lobbisinin himayəsi altında fəaliyyət göstərən Almaniya, Fransa, Hollandiya, Norveç, ABŞ kimi ölkələrin "insan hüquqları" adı altında göstərən təşkilatları ilə, eləcə də media nümayəndələri ilə təmaslar quran bu xəyanətkar lobbidən aldıqları pullar hesabına həyatlarını zənginləşdirəcəklərini düşünürdülər.

Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı əks etdirmir

Bu amil özünü I Avropa Oyunları ərəfəsində də göstərdi. Bir daha sübut olundu ki, Emin Hüseynovun məqsədi heç də "siyasi məhbus", ya da bu kimi digər məsələləri Qərbə çatdırmaqdan ibarət deyil, onun əsas məqsədi həmin vasitələrdən istifadə edib daha çox pul-para qazanmaqdır. Ancaq fakt budur ki, o və Leyla Yunus, Xədicə İsmayıl kimi Vətən xainləri öz istəklərinə çatmağa nail olmadılar. Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı əks etdirmir.

Emin Hüseynov kimi xəyanətkarın qorxaqlığı və quyruqbulayanlığı gec-tez özünü göstərdi. O öz canından qorxaraq, İsveçrə səfirliyinə qaçdı. Bu da azmış kimi, qondarma hüquq müdafiəçisi öz ərizəsi ilə Azərbaycan vətəndaşlıqdan imtina edərək İsveçrə dövlətinə sığındı. Üstəlik, orada Azərbaycan əleyhinə tənqidi fikirlər səsləndirməsi isə Emin Hüseynovun mövcudluq formasından kifayət qədər xəbər verdi.

Ən azından, ölkəmizin havası dəyişilir

Ümumiyyətlə, o da sirr deyil ki, belə adamların əli hər şeydən üzüldüyü üçün daim öz dövlətlərini hədəf seçirlər ki, Qərbdəki ermənipərəst ağalarına xoş gəlsinlər. Yəqin ki, bu gün Emin Hüseynov İsveçrədə oturub çörəyini yeyib, suyunu içdiyi Azərbaycana ermənilərdən də betər nifrət edir. Çünki onun nə milli, nə də ki, mənəvi hissi yoxdur. Onun "şərəfi" şərəfsizlik faktoru üzərində qurulduğuna görə, hətta imkanı olsa öz doğmalarını belə bir qara qəpiyə satmış olar və təbii ki, onun qorxaraq qaçıb sığındığı İsveçrədə əsl simasını, yəni simasızlığını növbəti dəfə nümayiş etdirərək, Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsi də deyilənləri kifayət qədər təsdiq edir. Onun acgözlüyü ilə tamahkarlığı, xəyanəti ilə ləyaqətsizliyi, necə deyərlər, bir-birini tamamlayır. Əslində, belə satqınların Azərbaycanda yaşamaması daha yaxşıdır. Ən azından, ölkəmizin havası dəyişilir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər