Əli Kərimlinin separatçı bir şəxs olması kimsəyə sirr deyil. Elə də uzağa getməyərək, onun "Yurd" təşkilatı adı altında hansı çirkin əməllər törətdiyini xatırlasaq, biz növbəti dəfə bunun şahidi olardıq. Məsələn, o da sirr deyil ki, "Yurd"un AXCP-ni dağıtmaq üçün keçmiş sovet kəşfiyyatının hazırladığı planı icra edən əsas təşkilat olub. Komsomolçu Əli Kərimli isə burada əsas fiqur kimi rol almağa başlayıb. Bunun ən maraqlı tərəfi də, özünün "lideri" hesab etdiyi, ancaq pərdə arxasında onu söyən Əli Kərimli, Elçibəy vəfat etdikdən sonra dərhal AXCP-nin sədri postunu qəsb etdi. Əli Kərimlinin keçən 16 il ərzində bir dəfə də olsun ortaya siyasi iddia qoymamasıdır və heç vaxt "Yurd"un AXCP-dən ayrılmaq istəməməsi də bundan qaynaqlanırdı.
Məhz ondan sonra "Yurd" AXCP sədri Əbülfəz Elçibəyin ölümündən dərhal sonra cəbhəçilərə qarşı iti dişlərini göstərdi. Pul, hakimiyyət və xarici dövlətlərdəki qəyyumlarından aldığı əlahiddə imtiyazların verdiyi sərxoşluq "Yurd" sədri Əli Kərimlinin gözlərini tamamilə kor etdi. Həmçinin, AXCP-ni parçalamaq müqabilində əldə etdiyi maddi gəlirlər Əli Kərimlinin fiziki və siyasi tərəfdən saxtakarlıqlarını üzə çıxardı. Çünki partiyanı parçalamaq planını başqalarının geyindirdiyi bir neçə maskayla həyata keçirirdi. "Yurd" bu işdə Əli Kərimlinin əsas dağıdıcı qüvvəsiydi. AXCP-də Elçibəy tərəfdarlarına qarşı güclənən separatçılıq və cəbhəçiləri partiyadan kənarlaşdırmaq planlarının başını da "Yurd" sığallayırdı. 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkilərdə müxalifətin məğlubiyyətə uğraması, siyasi partiyaların yaratdığı blokların ("Bizim Azərbaycan", "Azadlıq", "İctimai Palata", "Milli Şura" və s.) fikir ayrılıqlarına görə dağılması işlərində, zaman-zaman mediada Elçibəyə qarşı aparılan təhqir kampaniyasında "Yurd" həmişə ön planda olub. Əli Kərimlinin liderliyindəki bu separatçı qurum Milli Azadlıq Hərəkatının bütün dövlətçilik ideologiyasını darmadağın etdi. Təzyiq və təhqir həmişə "Yurd"un AXCP-yə qarşı mübarizəsində bir nömrəli şüarı olub. Bu gün tam əminliklə deyə bilərik ki, Əli Kərimlinin milli məfkurə və AXCP fobiyası var.
Bu gün Əli Kərimli "nümunəsi" də göstərir ki, hansısa çərçivədə təkbaşına rejim qurmaq və bunun təhlükəsizliyini təmin etmək üçün əlavə maskalara ehtiyac var. "Yurd" sədri heç vaxt AXCP-ni dağıtmağa başlayarkən "Uçuruma doğru gedirsən!" xəbərdarlıqlarından dərs almadı. Son nəticədə isə bu mesajlar onun AXCP-dəki sonunu sürətləndirən prosesə çevrildi. Ard-arda verilən istefalar, qopmalar və s. - bütün bunlar məhz Əli Kərimli xəyanətinin, Əli Kərimli separatçılığının, Əli Kərimli mənəviyyatsızlığının məntiqi nəticəsidir.
Bu gün müxalif düşərgədə Əli Kərilmi kimi özünü bəyənən ikinci şəxs yoxdur desək, yanılmarıq. Onun özünü həddən artıq dərəcə də bəyənməsi, çirkin xisləti də belə deməyə əsas verir. Hətta o özü-özünü buna məcbur edir ki, müxalifətdə ondan "ağıllı" adam yoxuymuş! Amma bunun belə olmadığını bizlər yaxşı bilirik. Çünki Əli Kərimli sədri olduğu AXCP vasitəsilə müxalifətin əsas söyüş söydürən fərdinə çevrilib. Əgər kimsə onun sərsəm fikirləri ilə razı deyilsə, demək, həmin adam mütləq Əli Kərilmi və adamlalrı tərəfindən söyüləcək, söydürüləcək...
Beləlkilə, Azərbaycan müxalifətinin təhqir "siması" məhz Əli Kərimlidir!
Əli Kərimli demokratiya məsələsində demaqoqluq edir və "yurdçu"ları qabağa verib səslərini qaldırmaqla özünə "demokratiya qulluqçusu" simasını qazandırmağa çalışır. Hətta müsahibələrinin birində "Azərbaycanda bütöv xalqın dəstəyinə sahib olan yeganə siyasətçi mənəm" deməklə, ən böyük "usta yalançı" simasını xalq qarşısında ifşa etdi. Əlbəttə, həmin an Əli Kərimliyə "Siyasi iddiası olmayan partiya sədri özünü, necə xalq dəstəyinə sahib olan yeganə siyasətçi adlandıra bilər" sualını vermək olardı. Bir lider həqiqətən demokratiyaya inanırsa, yəni tuduğu posta gəldiyi kimi də, bir gün gedəcəyini qəbul edə bilirsə, haqqında edilən tənqidləri normal qarşılamalıdır. Lakin Əli Kərimlidə bunun əvəzinə rəqiblərini təhqirlərlə zərərsizləşdirmək kimi qeyri-normal bir xislət formalaşıb. "Yurd" sədri müxalif həmkarların "agentlikdə", "oğru olmaqda", "separatçılıq"da ittiham edir. Bu arada italyanların bir atalar sözü yada düşür. Özü də bu atalar sözünü elə Əli Kərimli yaxınlarda işlətmişdi. "Hörmətsizlik etmək hörmət görmək üçündür". Görünür, Əli Kərimli italyanların milli mentallığını dərk etmədiyi üçün bu atalar sözündən səmərə götürməyi bacarmayıb. O, hörmətsizlik edərək hörmət deyil, elə hörmətsizlik qazanır!
RƏFİQƏ