"REAL" rəsmisi AXP sədrinə dəstək verdi
Uzun illər müxalifət düşərgəsində bir arada olan, hətta seçkilərdə dəstək nümayiş etdirən iki isim - Müsavatın sabiq başqanı İsa Qəmbər və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn arasında körpülər yandırıldı. Belə ki, ötən həftənin sonlarında Müsavat partiyasının qərargahında İsa Qəmbər tərəfindən yaradılmış "Milli-Strateji Düşüncə Mərkəzi" ("MSDM") dəyirmi masa keçirsə də, həmin tədbirə qatılmayanlardan biri də Pənah Hüseyn olub. Halbuki bir çoxları AXC sədrinin Müsavatın sabiq başqanına dəstək göstərəcəyini gözləyirdi. Ancaq bunun baş verməməsinin səbəbləri də üzə çıxıb...
İsa Qəmbərlə Pənah Hüseynin arasındakı mövcud narazılığın köhnə səbəbləri var
Daha dəqiq desək, İsa Qəmbər Pənah Hüseynə dəvət göndərməyib və bunun da səbəbi yanvarın 24-də müxalifət partiyalarının toplantısında İsa Qəmbərin iştirak etməməsi olub. Daha dəqiq desək, Müsavatın eks-başqanı Pənah Hüseynin də qatıldığı tədbirin işinə qatılmağı, necə deyərlər, "şəninə" sığışdırmayıb və əslində, hər iki könhə həmfikirlər arasındakı körpülərin çoxdan yandığı məlum idi. Hələ İsa Qəmbərin başqanlıq müddəti bitməmişdən öncə, bu şəxslər arasında narazılıqlar yaşanmışdı. Kiçik haşiyə çıxaraq xatırladaq ki, İsa Qəmbər Pənah Hüseynə AXP ilə Müsavatın birləşməsi təklifi irəli sürülmüşdü. Ancaq sonradan öz vədinə xilaf çıxmışdı. Ona görə də mövcud məsələni məhz həmin narazılıqların davamı kimi də səciyyələndirmək olar.
İsa Qəmbər bir-birindən narazı olan, hətta düşmənçilik mövqeyində dayanan bəzi şəxsləri öz ətrafında topayaraq, özünü onların lideri kimi təqdim etmək planını xətt kimi götürüb.
Qeyd edək ki, "MSDM"in tədbirini İsa Qəmbər aparıb və orada Müsavat başqanı Arif Hacılı, "Turan" agentliyinin direktoru Mehman Əliyev, "VAMP" sədri Hacıbaba Əzimov, İsgəndər Həmidov, Əliqızı, Müsavat məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat aparatının, KXCP üzvü Mehriban Vəzir, müsavatçı funksioner Almaz, rəhbəri Gülağa Aslanlı, "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli, Müsavat başqanının müavini Elman Fəttah və digər müsavata meyilli şəxslər iştirak ediblər. Lakin onu da qeyd etmək yerinə düşərdi ki, həmin toplantıda uzun illər bir yerdə olmayan, xüsusilə siyasi arenadan silinmiş adamların iştirakı da belə deməyə əsas verir ki, İsa Qəmbər bir-birindən narazı olan, hətta düşmənçilik mövqeyində dayanan bəzi şəxsləri öz ətrafında topayaraq, özünü onların lideri kimi təqdim etmək planını xətt kimi götürüb.
Ancaq uzun illər bir yerdə olan bu insanların bir-birinin tədbirinə qatılmamaları arxasında dayanan amillərdən biri də liderlik ambisiyasının olmasıdır. Misal üçün, İsa Qəmbər Pənah Hüseyni öz tədbirinə dəvət etməməsilə qarşı tərəfin onun planlarına mane olacağına görədir. Uzun illər müxalifətdə olduğuna görə, bugünün dostlarının sabah düşmən olacağını yaxşı bilən sabiq Müsavat başqanı öz tədbirini qabaqcadan görüb və AXP sədrinin "MSDM"in dəyirmi masasında olmasını istəməyib.
İsa Qəmbər Tural Abbaslı ilə birgə tədbirdə əyləşmək niyyətində olmadığını Pənah Hüseynin üzünə vurub
Halbuki Pənah Hüseyn İsa Qəmbəri öz tədbirlərinə dəvət etmişdi. Hətta Müsavatın qərargahına gedərək, İsa Qəmbərin hüzurunda belə dayanmışdı. Ancaq İsa Qəmbər ona rədd cavab verib. O, qəzəblənib və sual edib ki, Pənah Hüseyn hazırda Müsavat rəhbərliyinə qarşı çıxan, hətta meydan oxuyan Tural Abbaslıyla niyə eyni tədbirdə iştirak edir? Bu səbəbdən, İsa Qəmbər Tural Abbaslı ilə birgə tədbirdə əyləşmək niyyətində olmadığını Pənah Hüseynin üzünə vurub.
Yeri gəlmişkən, İsa Qəmbərin Pənah Hüseynə qarşı düşmənçilik elan etməsinə qarşı çıxanlar, bu məsələdə Pənah Hüseynin tərəfini tutanlar da tapılıb. Onlardan biri də daha öncədən müxalifətin heç bir tədbirinə qatılmayacağını bəyan etmiş "REAL" hətəkatıdıır. "MSDM"in tədbirinə icraçı katibi Natiq Cəfərlini dəvət edən Müsavat başqanı Arif Hacılı olsa da, Cəfərli onun təklifinə rədd cavabı verib. Ancaq görünən budur ki, İsa Qəmbərin tədbirini boykot edən Cəfərli bununla AXP sədrinə dolayısı ilə dəstək göstərib. Bu amil isə belə nəticəyə gəlməyə zəmin yaradır ki, müxalifətin ənənəvi düşərgəsində köhnə dostlar düşmənləşir, düşmənlər isə dostlaşır. Qısası, müxalifət yenidən başı üzərində dayanıb.
Rövşən NURƏDDİNOĞLU