KÖŞƏ YAZISI
Bilavasitə nəzarətində olduğu "Azadlıq" qəzetində müxtəlif imzalarla özünütəbliğlə məşğul olan, yaxud da adıçəkilən mətbu orqandakı cəbhəkrat qulbeçələri vasitəsilə sosial şəbəkələrdə "at oynadan" AXCP sədri Əli Kərimli indi çox çətin və çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalıb. Daha dəqiq desək, siyasi arenadakı məhvini heç cür qəbul etmək istəməyən Kərimli son nəfəsində ayaqda qalmaqdan ötrü ipli kuklasına çevirdiyi "Milli Şura"nın sədri Cəmil Həsənlidən belə pənah ummağa başlayıb. Əbəs yerə deyil ki, son günlər müxalifətin digər qanadının bir araya gələrək toplantılar keçirməsi, mətbuata çıxması AXCP sədrini və onun prototipi Cəmil Həsənlini arxa plana keçirib. Gündəmdə qalmaq isə onlara hava-su kimi lazımdır. Ancaq ictimai maraq olmadığına görə, təbii ki, bu kimi radikallar, ümumiyyətlə siyasi arenadan itiblər. Hətta yoxa çıxıb tükəniblər. Görünür, bu səbəbdən "Azadlıq" qəzeti bağlanır!" bağırtılarından bir şey çıxmadığını görüb, indi də özünütəbliğatla məşğul olmağa başlayıblar. Məsələn, "Milli Şura" sədri iqtidarın antiböhran tədbirini yerlə bir etdi", "Əli Kərimli və Cəmil Həsənli hakimiyyətin proqramını darmadağın etdi" və s. kimi pafoslu, özündənrazı başlıqları adıçəkilən mətbu orqanın mançetlərinə çıxaran AXCP sədri siyasi arenada siyasi meyitə çevrilməyib sağ qalmaq üçün bu cür əttökən amillərlə ümid bəsləyir.
Söz yox ki, bu fərdlər daim müxalifətin parçalanmasını, dağılmasını həyata keçirdiklərinə görə, indi də həmin şakərlərindən vaz keçməyəcəklərini əməlləri ilə etiraf etmiş olurlar. Daha dəqiq desək, onlar bu işə o qədər aludə olublar ki, bu cür çıxışlar etməklə, əslində özləri-özlərini darmadağın etdiklərinin bəlkə də fərqinə varmırlar. Çünki kənardan izlənilərkən nə qədər gülünc, təlxək, ya da polyaçilər kimi göründüklərini onlara deyən yoxdur. Amma deyən olsa belə, onlar öz "simalarını" dəyişmək iqtidarında deyillər. Onların mövcud "simalarını" başqaları quraşdırdığına görə, başqaları da dəyişə bilər. Ancaq bu da mümkün olan məsələ deyil. Ona görə mümkün deyil ki, artıq başqaları da bunlardan bir şey çıxmayacağını dərk edərək, onları tərk ediblər.
Tarix də göstərir ki, Əli Kərimli Əbülfəz Elçibəyin ölümündən sonra tələm-tələsik AXCP-ni qəsb etdi və "Yurd"un qanunlarını da bilavasitə Cəbhəyə tranferləşdirdi. İşğal etdiyi AXCP-də isə son 15 il ərzində nələr baş vermədi ki..? İnsani dəyərlərin itirilməsindən tutmuş ən şərəfsiz hallara, ləyqtəsizliklərdən başlamış ən alçaldıcı vasitələrə qədər hər şey oldu! Daha onların hər birini ayrı-ayrılıqda yazmağa nə vaxt, nə də yer çatar. Sadəcə, bir neçə fakta cüzi şəkildə toxunmaqla Əli Kərimlinin KİM deyil, məhz NƏ olduğu xatırlatmaq mümkündür. Aqil Xəlilin homoseksuallığı, Qan Turalının "Azadlıq" qəzetinin üzərinə nə isə tökməsi, yenə də "Azadlıq" qəzetinin direktoru Azər Əhmədovun öz baldızının qızı (!!!-R.) ilə yataqda eşq macərası yaşaması, Qənimət Zahidin sauna olayı, "Palma" restoranında vur-çatlasınlar və s. Bütün bunlar Əli Kərimlinin "darmadağın" olmasının sübutlarıdır, ya da sübutlarının cüzi hissəsidir! Belə olan vəziyyətdə NƏYİNSƏ "kim" olmasını sübuta yetirmək cəhdləri onun NƏLİYİNİ daha çox qabardır əslində..!
RÖVŞƏN
P.S. Görünür, Əli Kərimli məhz bu ad uğrunda mübarizə apardığını elan edir. Yəni NƏ olduğunui sübut etmək üçün. Halbuki bu adı çoxdan haqq edib və qazanıb.