PDF Oxu

Müxalifət

  • 2 377

Müxalifət tükənib.?!

image

"Özləri də fərqindədirlər ki, sosial bazaları çox zəifdir və bu cür sosial baza ilə mitinq keçirmək mənasızdır"

Uzun müddətdir ki, dağıdıcı müxalifət partiyaları heç bir etiraz aksiyası təyin etmirlər. Halbuki müxalifət partiyaları ən azı ildə iki dəfə mitinq keçirib görüntü yaradırdılar. 2015-ci ilin fevral ayında birinci devalvasiyadan sonra radikal müxalifətçilər yaranmış vəziyyətdən sui-istifadə etmək üçün mitinq keçirdilər. Sonuncu mitinq o qədər biabırçı oldu ki, radikal müxalifət partiyaları növbəti dəfə mitinq keçirməyə gücləri çatmadı. Çünki sonuncu mitinqdə təxminən 150-200 nəfər adam iştirak edirdi. Ekspertlər də bunu müxalifətin keçənilki mitinqlərə az adam qatılması təcrübəsinin təkrarlana biləcəyindən ehtiyatlanması ilə əsaslandırırlar.

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə müxalifətin mitinqlər keçirməməsinə münasibət bildirərkən qeyd edib ki, müxalifət partiyaları sosial bazalarının zəiflədiyini bilirlər: "Bir-iki il bundan əvvələ qədər vaxtaşırı mitinqlər keçirirdilər. Hər dəfə mitinqə gələnlərin sayında azalma müşahidə olundu. Keçən il sonuncu dəfə keçirdikləri mitinqə 200 adam qatılmışdı. Ona görə də, hər halda, özləri də fərqindədirlər ki, sosial bazaları çox zəifdir və bu cür sosial baza ilə mitinq keçirmək mənasızdır. Onlar bilməlidirlər ki, əsas məsələ mitinq keçirmək deyil. Əsas məsələ hansısa məsələyə öz ciddi təklifini ortaya qoymaqdır. Ciddi təkliflərin ortaya qoyulacağı halda qəbul edilməsi daha realdır. Nəinki kiçik mitinqlər keçirib orada səslənən populist bəyanatlar".

A.Mirzəzadə Azərbaycanda keçiriləcək növbəti seçkilərlə bağlı da fikirlərini açıqlayıb: "Azərbaycanda artıq oturuşmuş dövlət var. Azərbaycanda kifayət qədər təcrübəsi olan demokratiya var. Növbəti seçkilərin də vaxtı bəllidir. Müxalifət həmin seçkilərə hazırlaşsın. Sadəcə olaraq, müxalifət düşərgəsi özü də bilir ki, seçkidə uğur əldə etmək üçün yetərli gücləri, potensialları yoxdur. Növbəti seçkilər keçiriləndə yenə də YAP qələbə qazanacaq. Çünki YAP-ın Sədri olan Cənab Prezidentin fəaliyyəti, ilk növbədə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq səviyyədə siyasi nüfuzunun artmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlib. Cəmiyyət də bunu görür. Əksəriyyət də bu siyasəti dəstəkləyir. Müxalifət bu gün nə seçkiyə, nə də cəmiyyətin etimadını qazanmağa hazırdır".

Ekspert Vüqar Əsgərov da "SƏS" qəzetinə açıqlamasında müxalifətin mitinq keçirə bilməməsinə münasibət bildirib: "Müxalifət gözləmə mövqeyi tutub, düşünürlər ki, camaat guya ayağa qalxacaq və bunlar da qabağa düşəcəklər. Yəni bu cür ağılsız taktika seçiblər. Əvvəla, xalqın ayağa qalxması üçün zəmin, şərait və səbəb yoxdur. İkincisi, vaxtilə xalqın qabağında durub xalqı güdaza verənləri kim qəbul edər ki!? Digər tərəfdən onlar son bir il ərzində keçirdikləri mitinqlərdə özlərini rüsvay etdilər. Təsəvvür edin ki, Müsavatın mitinqində vəziyyət o qədər acınacaqlı oldu ki, mikrofona ehtiyac yox idi. Tribunada sakit səslə danışsan hamı eşidərdi. Eləcə də AXCP-nin daha çox təxribatçılıqla müşayiət olunan mitinqləri. Bu adamlar bir faktı qəbul etməlidirlər. Düzdür, öz zəifliyini qəbul etmək çətindir, amma bunu bacarmaq lazımdır. Əli Kərimli də, İsa Qəmbər də, Arif Hacılı da dərk etməlidir ki, istənilən halda xalqın onlara etimadı gözlənilən deyildir. Onların erası bitmişdir. İndi dünyada siyasi mübarizə metodları da dəyişmişdir, primitiv üsullar özünü doğrultmur. Təbii ki, köhnəlmiş metodlar seçiləndə, nəticədə bir müddət sonra bir neçə nəfərlik mitinq keçirmək də müşkülə çevrilir".

Samir

Digər xəbərlər