"... bağ evləri, xarici maşınları, obyektləri olan, uşaqları xaricdə adlı-sanlı təhsil ocaqlarında oxuyan, saxta sənədlərlə xaricə göndərilən müxalifətçilər"
Müsavat Sumqayıt şəhər təşkilatının sərbəst şura üzvü Rövşən Murad İsa Qəmbərin ünvanına tikanlı sözlər deyib. O bildirib ki, İsa Qəmbər Müsavat partiyasının üzvü olan gənclərin bütün ümidləri puç edib: "İsa bəy, yox, hörmətli İsa bəy, sonuncu qurultaya hazırlıq, qurultay vaxtı və qrultaydan sonra sizin birtərəfli mövqeyiniz, bir tərəfə açıq-açığına dəstək olmanız, hətta vəkillik etməniz, bir çox müsavatçılar kimi məni də məyus etdi. İllərdir döyülərək-söyülərək hakimiyyətə qarşı mübarizə aparan insanları hakimiyyətə işləməkdə suçlamanız, illərdir başında durdugunuz Müsavat partiyası adına təhqir idi. Kimdir hakimiyyətə işləyənlər, illərdir yarı tox, yarı ac yaşıyan müsavatçılar, yoxsa uşaqları xarıcdə adlı-sanlı təhsil ocaqlarında oxuyan, bağ evləri alan, xarici maşınlarda gəzənlər, yoxsa saxta sənədlərlə xaricə göndərilən "mübariz" müsavatcıların gül balaları?! 2003-cü ilin 16 oktyabrında yüz minlərlə insanın meydanda və küçədə döyülüb öldürüldüyü vaxt sizin meydanda olmadıgınıza görə biz sizi hakimiyyətə işləməkdə günahlandırmadıq, 2005-ci il parlament seckilərində Müsavata verilən 4 mandata tamahlanaraq hakimiyyətin oyununa gedib 2003-cü il 16 oktyabr hadisələri zamanı Həmidağa və Alqayıtın ölümünü unudanda da sizi hakimiyyətə işləməkdə günahlandırmadıq!"
R.Murad Müsavatın rayon təşkilat sədrlərinin savadsız olmasından da gileylənib: "Böyük Məmməd Əmin Rəsulzadənin əmanəti olan Müsavat adlı partiyanın mərkəzdə və bölgələrdəki təşkilatlarının başına gətirilən nüfuzsuz və savadsız insanlara görə də sizi hakimiyyətə işləməkdə günahlandırmadıq. "Azərbaycan məhkəmələri şərə xidmət edir" deyənlər, görəsən, dünənki qərarın (partiyadan qanunsuz qovulan musavatçılarla Musavat partiyasi arasında aparılan məhkəmə) nəyə xidmət etdiyin bilirlər?"
Samir